Mobil versiya
Deputatlığa namizədlə bağlı tələblərdə YENİLİK
Tarix: 4-11-2017, 12:51 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputatlığa namizədlə bağlı tələblərdə YENİLİK


Milli Məclisə seçkilərin təyin edilməsi və seçkilər zamanı namizədin qeydə alınması qaydaları da dəyişdirilir.

aia.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 145-ci (Milli Məclisə seçkilərin təyin edilməsi) və 148-ci (Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması) maddələrinə dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə görə ( 145.1-ci maddə) Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98.1-ci maddəsinin II hissəsinin ikinci cümləsinə, 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Digər təklif olunan dəyişiklikdə (148.6-cı maddə) isə göstərilib ki, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.

Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.(modern.az)

aia.az



5487 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031