Mobil versiya
"Pul məsələsini nə Qurban müəllim qaldırdı, nə də biz" - Elxan Məmmədov
Tarix: 03-11-2017 | Saat: 15:49
Bölmə:İdman | çapa göndər

"Pul məsələsini nə Qurban müəllim qaldırdı, nə də biz" - Elxan Məmmədov


AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovun millimizin baş məşqçisi təyin edilməsinə münasibətini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, bu gün jurnalistlərə açıqlamasında o bildirib ki, bu təyinatı futbol ictimaiyyəti çoxdan idi gözləyirdi:

- Sürpriz olmadı. İcraiyyə Komitəsinin iclası zamanı biz ondan zaldan çıxmağı xahiş etdik ki, hamı öz fikrini sərbəst ifadə edə bilsin. Açıq müzakirə getdi. Qurban Qurbanova uğurlar arzulayırıq. Dekabrda onunla uzunmüddətli – 3 seçmə mərhələni əhatə edən müqavilə imzalanacaq.

- Qurban Qurbanovdan başqa milliyə namizədlər var idi?

- Hə, amma onlarla bağlı müzakirə getmədi. İcraiyyə Komitəsi üzvlərinin fikirlərini öyrənmək istədək ki, buna ehtiyac olmadı.

- Bu təyinatla əlaqədar “Qarabağ”la söhbətiniz olub?

- Müzakirə aparmışdıq. Klubda bu qərarı müsbət qarşıladılar. Qurbanovun təyinatı üçün bundan gözəl vaxt ola bilməzdi. Xüsusilə “Atletiko” ilə Madriddəki oyundan sonra. Bəlkə də 3-4 il əvvəl biz onu təyin etsəydik, bu, tez olardı. Biz ən yaxşı vaxtı seçdik. Biz əlbəttə ki, onun özünün də mövqeyini bilirdik. Heç kimə sirr deyil ki, millinin heyətinin yarısı “Qarabağ”ın futbolçularından ibarətdir.

- Onun iki işdə işləməsi çətin olmayacaq?

- Bu, ona əlavə yük olacaq. Çətindir. Çempionatda cəmi 8 komanda çıxış edir, çox futbolçu yoxdur. Seçim də azdır. AFFA prezidentinin də qeyd etdiyi kimi, “Qarabağ” millinin bazası olacaq.

- Aşağı yaş qrupu üzrə milli komandalarda dəyişiklik olacaqmı? Bernhard Lippert vəzifəsində qalacaqmı?

- Qurban müəllimlə müzakirədən sonra yeniyetmə və gənclər millilərinin baş məşqçiləri təyin ediləcək. Lippertə gəlincə, o, 2019-cu ilə, müqaviləsinin müddəti bitənə kimi işləyəcək.

- Qurban Qurbanovla müqavilənin maddi tərəfləri barədə nə deyə bilərsiniz? Onun gəliri Prosineçkinin maaşından fərqlənəcək?

- Bu, müzakirə olunmadı. Maliyyə şərtləri ilə bağlı məsələni nə Qurban müəllim qaldırdı, nə də biz. Amma inanmıram ki, hansısa problem yaransın.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024