Mobil versiya
Məktəbin müəllimi “Vətən naminə”medalına layiq görüldü
Tarix: 03-11-2017 | Saat: 11:49
Bölmə:Gündəm | çapa göndər





İmişli rayonunun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin Çağrışaqədər Hazırlıq fənn müəllimi, Qarabağ müharbəsi veteranı Ağayev Sərraf Ağakişi oğlu “Vətən naminə” medalı ilə təltif olundu. Təqdimolunma mərasimində məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Səxavət Tağıyev Sərraf Ağayevin döyüş yolu və pedaqoji fəaliyəti barədə danışdı. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlları və Şəhid Ailələri İctimai Birliyinin İmişli rayon Təşkilatının sədri Ələddin Qardaşov “Vətən naminə” medalını döyüşçü müəllimə təqdim etdi. Veteran-müəllimin iş yoldaşları – Naiq Səfərov, Atamoğlan İmranov, Sədaqət Vəlioğlu, Püstə Kərimova və Rəhimə Məmmədova onu təbrik edib, şərəfli həyat yolu barədə danışdılar. Sonda Sərraf Ağayev keçdiyi döyüş yoluna və pedaqoji fəaliyyətinə dəyər verən hər kəsə öz minnətdarlığını bildirdi.

Əlidursun İsayev

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024