Mobil versiya
Ermənistan nə vaxt Bakı-Tiflis-Qars dəmir yoluna qoşula bilər?
Tarix: 2-11-2017, 16:33 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Ermənistan nə vaxt Bakı-Tiflis-Qars dəmir yoluna qoşula bilər?


"Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir." Belə bəyanatla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Monteneqro xarici işlər naziri ilə keçirdiyi birgə bifinqdə çıxış edib.

"Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", - E.Məmmədyarov bildirib.

BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib. Ermənistanda bu hadisə pərtlik və narahatlıq yaradıb, eyni zamanda erməni siyasi dairələrində İrəvanın da bu layihəyə qoşula biləcəyi barədə fikirlər irəli sürülür.

Ermənistanın “168 jam” qəzeti bu məsələ ilə bağlı Gürcüstan Diplomatik Akademiyasının rektoru, politoloq Soso Tsinadzenin rəyini öyrənib. O deyib ki, nəzəri olaraq Ermənistanın Bakı-Tiflis-Qars layihəsində iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından ayrıca danışıqlar predmeti ola bilər. “Siyasi xadimlər bu barədə düşünməli, Azərbaycana variantlar təklif etməlidir”-o deyib.

Tsinadze hesab edir ki, danışıqlar situasiyadan və Azərbaycanın mövqeyindən asılı olaraq həm ikitərəfli, həm çoxtərəfli ola bilər. Hansı ki, Azərbaycan artıq mövqeyini bildirib.

AİA.Az



5344 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30