Mobil versiya
Fədayə Laçının həbsdən qaçan sevgilisi ilə VİDEOSU yayıldı
Tarix: 01-11-2017 | Saat: 14:52
Bölmə:Karusel | çapa göndər

Fədayə Laçının həbsdən qaçan sevgilisi ilə VİDEOSU yayıldı


Həbs edilən müğənni Fədayə Laçınla sevgilisi "Qoca" ləqəbli məhbus Etibar Məmmədovun görüntüləri əks olunan görüntülər yayılıb.

Modern.az saytı Femida.az-a istinadən xəbər verir ki. həmin videoda Fədayə Laçın sevgilisi üçün mahnı ifa edir. Videonu təqdim edirik:

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb.

O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə ittiham irəli sürülüb.


Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı qatarının xüsusi vaqonundan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilənlər Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Etibar Ələkbər oğlu Məmmədovun ("Qoca" ləqəbli) axtarışı istiqamətində tədbirlər davam etdirilir.

aia.az
[media=https://www.youtube.com/watch?time_continue=10&v=kHdi0uu7OKE]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024