Mobil versiya
SDU-nun alimi Türkiyədə “Mövlana Mübadilə Proqramı”nda iştirak etdi
Tarix: 1-11-2017, 11:56 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

SDU-nun alimi Türkiyədə “Mövlana Mübadilə Proqramı”nda iştirak etdi


Son vaxtlar Sumqayıt Dövlət Universiteti dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə sıx əlaqələr qurmuş və hazırda onlarla təhsilin bütün sahələri üzrə əməkdaşlıq etməkdədir. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitetimiz, sözün həqiqi mənasında, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır.
Oktyabrın 10-dan-25 dək Tarix və Coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimli “Mövlana Mübadilə Proqramı” çərçivəsində Türkiyənin Aydın şəhərində yerləşən Adnan Menderes Universitetində oldu. Qeyd edək ki, proqramın əsas məqsədi Türkiyədəki universitetlərlə dünyadakı universitetlər arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir. Alimimiz Adnan Menderes Universitetində Orta əsrlər tarixi fənnindən “Frank dövləti”, “Fransa XI-XV əsrlərdə”, “Almaniya XI-XV əsrlərdə” və s. mövzularda 6 dərs keçmiş, əlavə olaraq iki dəfə universitetin Tarix bölümünün professor-müəllim heyəti və tələbələri qarşısında “Türk-erməni münasibətləri çağdaş dönəmdə” və “İşğal olunmuş Azərbaycan torpaqlarındakı maddi-mədəniyyət abidələri” mövzusunda ətraflı çıxış etmişdir.
Samir müəllimin qeyd etdi ki, bu cür səfərlər iki qardaş ölkənin universitetlərinin daha sıx əlaqələr qurmasına şərait yaratmaqla yanaşı, gələcəkdə yeni elmi əməkdaşlıq sahəsində uğurlu sövdələşmələr aparılmasına, çoxlu sayda dostlar qazanmasına zəmin yaradır.
Samir Kərimli Adnan Menderes Universitetinin “Mövlana Mübadilə Proqramı”nın koordinatoru Öncel Sencerman tərəfindən təqdim olunmuş sertifikatla vətənə dönmüşdür.

aia.az



5397 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031