Mobil versiya
Azərbaycan-Avstraliya münasibətlərinin inkişafı müzakirə olunub
Tarix: 02-11-2015 | Saat: 22:57
Bölmə:Seçilənlər-1 / Manşet / Karusel | çapa göndər


XİN məlumat yaydı.

Xarici işlər naziri Elmar Məmmədyarov deputat Luke Simpkinsin rəhbərlik etdiyi Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafının məmnunluq doğurduğunu bildirən nazir bu xüsusda qarşılıqlı səfərlərin mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edən E.Məmmədyarov iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının təsis edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

Azərbaycan üzrə Parlamentlərarası Dostluq Qrupunun sədri L.Simpkins uğurlu parlament seçkiləri ilə əlaqədar təbriklərini çatdıraraq, seçki müşahidə missiyası kimi seçkilərdə iştirak etdiklərini və seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd edib. Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edən L.Simpkins Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyini nailiyyətlərin onlarda böyük təəssüratlar yaratdığını bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024