Mobil versiya
Cərimə protokolları niyə vaxtında göndərilmir? - VİDEO
Tarix: 02-11-2015 | Saat: 22:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Sürücülər şikayət edirlər.

Sürücülər törətdikləri qayda pozuntusundan aylarla məlumatsız olurlar. Onlar qayda pozuntusuna görə tərtib olunan cərimə protokollarının ünvanlarına vaxtında göndərilmədiyini deyirlər. Bir anda 7-8 qayda pozuntusu haqqında məlumat tutan sürücülər gözləmədiyi məbləğdə cərimə ödəməli olurlar

Belə halla üzləşən sürücülərdən biri də Mədət Əmirşahovdur. Mədət Əmirşahov avtomobili ilə ayrı-ayrı vaxtlarda 7 dəfə yol hərəkəti qaydasını pozub. Ancaq üstündən xeyli keçsə də protokollar onun ünvanına göndərilməyib. Üstəlik belə sürücülər tək deyil. Bu isə sürücüləri sürpriz maddi ziyan deməkdir.

Ekspertlər deyirlər ki, qayda pozuntusu əgər radarlar və nəzarət kameraları vasitəsi ilə qeydə alınıbsa avtomoatik olaraq mərkəzi məlumat bazasına göndərilir.

Protokollardan vaxtında xəbərdar olmamasının səbəblərindən biri sürücünün bildirdiyi ünvanda yaşamamasıdır. İkinci bir səbəb məsul şəxslərin məsuliyyətsizliyidir. İkinci səbəbə görə sürücülər protokolun ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə