Mobil versiya
"33 milyarddan çox vəsait tələb olunur" - Valeh Ələsgərov
Tarix: 31-10-2017 | Saat: 13:25
Bölmə:Siyasət | çapa göndər

"33 milyarddan çox vəsait tələb olunur" - Valeh Ələsgərov


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azəri-Çıraq-Günəşli" üzrə yeni saziş müzakirə olunur.

Saziş barədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məlumat verib.

Vitse-spiker bildirib ki, "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk, ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin icra olunduğu illər ərzində layihə üzrə ümumi xərclərin həcmi 43,5 mlrd. dollar təşkil edib.

V.Ələsgərov qeyd edib ki, əsaslı xərclər 35 mlrd. dollara yaxın olub: "Layihənin icra olduğu müddətdə Azərbaycanın payına düşən gəlirlər 130 mlrd. dollara yaxın mənfəət nefti formasında olub. Bu müddətdə podratçı şirkətlər tərəfindən ödənilən mənfəət vergisi 15 mlrd. dollara yaxın olub. Sazişin əhatə etdiyi ərazidə çıxarıla bilən ehtiyatların miqdarı 500 mln. tona yaxındır. Buna baxmayaraq daha artıq həcmdə neft ehtiyatlarının məlum olacağı gözlənilir. Qalan ehtiyatları hasil etmək üçün 33 mlrd. dollardan artıq vəsait tələb olunur.

SOCAR-ın törəmə şirkəti AZ ACG şirkətinin payı 25%-ə qədər qalxıb. Xarici şirkətlərin birlikdə hissəsi 75% qalıb. Sazişin icrasına dair şərtlər olduğu kimi qalır. Tərəflər mühəndis-texniki işçilərin 90%-nin, fəhlə heyətinin 95%-i Azərbaycan vətəndaşı olmasına dair razılığa gəliblər”.

Qeyd edək ki, sentyabrın 14-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Azerbaijan (ACG) Limited”, BP,"Chevron”, "Inpex”, "Statoil”, "ExxonMobil”, "TP”, "Itochu” və "ONGC Videsh” şirkətləri arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya olunub.

Azərbaycan Nazirlər Kabineti tərəfindən sazişdə iştirak edən podratçı tərəflərə verilən Azərbaycan hökumətinin təminatı və öhdəlikləri qəbul edilir və onların həyata keçirilməsinə icazə verilir. Sazişin əsas mətninə edilmiş 15 əlavə qəbul edilərək onların həyata keçirilməsinə icazə verilir.

2049-cu ilin sonunadək davam edəcək hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılır və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcək. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olur: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Xatırladaq ki, "AÇG" üzrə əvvəlki hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024