Mobil versiya
Kamran Həsənlinin Samir Piriyevlə qalmaqalından təzə xəbər var
Tarix: 30-10-2017 | Saat: 18:15
Bölmə:Gündəm | çapa göndər

Kamran Həsənlinin Samir Piriyevlə qalmaqalından təzə xəbər var


Sabah, 31 oktyabr saat 12.00 Nizami kinoteatrın 5-ci mərtəbəsində tanınmış aparıcı Kamran Həsənlinin müğənni Samir Piriyevlə arasında yaşanan galmagalla baglı mətbuat konfransı keciriləcək.

Modern.az-ın məlumatına görə, 2008-ci ildə Türkiyənin Antalya şəhərində Kamran Həsənli iş adamı Erhan Yılmazın təklifilə ona məxsus “BeyPet” şirkətinə Bakıda yerləşən evini sataraq 400 min dollara yaxın məsrəf yatırıb.

Müəssisə Antalya-Alanya arasında 2 hektar ərazidə içərisində yanacaqdoldurma məntəqəsi, restoran, dükan, meyvə bağı olan bir işləyən obyekt olub.
Müəyyən kredit ödəmələri olduğu üçün mənfətə toxunmayaraq ödəmələrə və inkişafa yönəldilib. Həmin ərəfədə müğənni Samir Piriyev də bu proyektlə maraqlanıb və 2009-cu ildə onu 250 min dollar qarşılığında payçı kimi müəssisəyə dəvət etmək barədə Erhan Yılmazla razılığa gəlinib. Samir Piriyev iki dəfəyə yalnız 115.000 dollar yatırıb, sonra yarım ildən çox vədlər versə də, qalan pulu Türkiyədəki şirkətə keçirməyib.

Bir müddətdən sonra ölkədə başlanmış iqtisadi böhranla bağlı məsrəflərə girən şirkət xeyir əvəzinə borclanıb və bağlanmış müqavilə əsasında hotel tikintisi uzun müddət dayanıb, şirkətin kredit borcları artıb.

Bundan sonra Samir pullarını geri istəyib. Başlanmış iqtisadi böhran nəticəsində müəssisə satışa çıxarılıb, lakin üzun müddət şirkət satılmayıb, sonra da bank tərəfindən müəssənin satışına qadağalar qoyulub.

Beləkilə müəssisədə Kamran Həsənlinin 300.000 avro və Samirin 80.000 dolları uğursuz kommersiya nəticəsində iflasa uğrayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024