Mobil versiya
Məşhur diktor Rafiq Hüseynov vəfat etdi
Tarix: 30-10-2017, 11:57 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Məşhur diktor Rafiq Hüseynov vəfat etdi


Xalq artisti, Azərbaycanın məşhur televiziya diktoru Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

aia.az xəbər verir ki, bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova bildirib.
Onun sözlərinə görə, R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib:

"Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: "Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.

aia.az



5423 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
20-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031