Mobil versiya
Mingəçevir Turizm Kollecində “ Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib
Tarix: 27-10-2017, 16:08 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Mingəçevir Turizm Kollecində “ Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib




Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menement Universiteti, Qəbələ və Mingəçevir Turizm İnformasiya Mərkəziləri, Mingəçevir, Qəbələ və Naftalanın turizm, sanatoriya-kurort komplekslərinin nümayəndələri, təcrübəli pedaqoq mütəxəssislər və çox sayda KİV təmsilsiləri iştirak edib.
Öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəlliklərindən bəhs edən tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Ardınca konfrans zalında bir araya gələn iştirakçılara Azərbaycanda sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarx nümayiş olunub.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanda turizmin inkişaf yolundan danışaraq artıq yeni bir mərhələyə qədəm qoyulduğunu qeyd edib. O, ölkədə, xüsusilə də Mingəçevirin də daxil olduğu coğrafiyada mövcud sağlamlıq rekreasiya turizmini daha da müasirləşdirmək, yeni infrastrukturlar yaratmaqla sağlamlıq turizmini inkişaf etdirməyin mümkün və zəruri olduğunu bildirib: “Indiyədək qəbul edilmiş” Azərbaycanda turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına Dair Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər Azərbaycan turizminin inkişafına dövlət və dövlət başçısı səviyyəsində ayrılan diqqətdən xəbər verir. Turizm və rekreasiya zonaları dedikdə insanların istirahətini, sağlamlığını, əyləncəsini təmin edən, müvafiq turizm infrastrukturlarına malik təbiət və mədəniyyət infrastrukturları nəzərdə tutulur..".
Mingəçevir Turizm Kollecində “ Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib
Daha sonra konfransın digər rəsmi dəvətliləri—Mədəniyyət və Turizm Nazirliyinin Elm-Təhsil və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov təbrik nitqi ilə çıxış edərək konfransın və müzakirə olunan mövzuların xüsusi önəm daşıdığını qeyd edib.
Mingəçevir Turizm Kollecində “ Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirilib
Bundan sonra konfransda digər məzmunlu məruzələr dinlənib. Kollecin “Turizm və Otelçilik “ şöbəsinin müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov, Naftalanın “Çinar Oteli”nin xidmət şöbəsinin rəisi Taner Yılmaz, “Ağsaray” Deluxe Otelinin meneceri Alpərən Tirt, “İstək” liseinin layihə rəhbəri Fəqan Əhmədov, Kür Olipiya İdman Tədris Mərkəzinin nümayəndələri Azər Hüseynov və Babək İsakov, Mingəçevir Turizm Kollecinin gənc mütəxəssisləri Elşad Səmədov, İqbal Xudiyev, Vüqar Nağıyev və Gülnar Qurbanova çıxış edərək maraqlı fikirlər səsləndirib. “Azərbaycanın rekreasiya –turizm ehtiyatları”, “Turizm ehtiyatlarının soial-iqtisadi mahiyyəti”, “Azərbaycanının sanatoriya, kurort müəssisələri”, “Azərbaycanın Milli Parkları və onlardan turizm məqsədilə istifadə imkanları”, ”Rekreasiya-turizm rayonlaşdırılması” və digər mövzularda səslənən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və fəal müzakirələrə zəmin yaradıb.
Konfransın sonunda tələbə özfəaliyyət qrupu tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunub.
aia.az



5416 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031