Mobil versiya
“Qarabağ”ın Madrid planı açıqlandı
Tarix: 27-10-2017 | Saat: 15:14
Bölmə:Manşet / İdman | çapa göndər

“Qarabağ”ın Madrid planı açıqlandı


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko” ilə səfər matçına hazırlıq proqramı bəlli olub.

aia.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi Madriddə bir məşq keçəcək.
Oktyabrın 29-da yola düşəcək Azərbaycan çempionu ertəsi gün qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano” stadionunda məşq keçəcək. Baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) futbolçuları məşqə çıxaracaq.
"Atletiko” isə oyunöncəsi son məşqini 17:30-da "Visente Kalderon”da keçəcək. Lakin baş məşqçi Dieqo Simeone jurnalistlərin önünə "Vanda Metropolitano”nun konfrans zalında çıxacaq.

Qeyd edək ki, "Atletiko” – "Qarabağ” matçı oktyabrın 31-də oynanılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə