Mobil versiya
Aqil Acalov doğum gününü uşaqlarla birlikdə qeyd edib - Foto
Tarix: 26-10-2017 | Saat: 11:53
Bölmə:Aia TV | çapa göndər








İqtisadiyyat üzrə fəlsəfə doktoru Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov doğum gününü uşaqlarla birlikdə qeyd edib.

aia.az xəbər verir ki, Aqil Acalov Azərbaycan Alpaqut Federasiyasının prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. Aqil müəllim öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında keçirib. Federasiya rəhbərini Alpaqut Federasiyasının İctmai təşkilati məsələlər üzrə Departament rəhbəri Nuranə Şıxəliyeva, alpaqut kollektivi: Mübariz Alp, Tegin Alpaqut, Simurq Məmmədov, Ruslan Quliyev, Qabil Quseynov və müğənni İlqar Sadıqov yalnız buraxmayıblar.
Aqil Acalov ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Ad gününündə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan şənlik uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslərə qatılıb, mahnılar ifa edib, məharətlərini göstəriblər.

Aqil Acalov uşaqlarla birgə rəqs edib. Şənlikdə uşaqlara Azərbaycan Alpaqut Federasiyası tərəfindən hazırlanmış tort təqdim olunub.



Azərbaycan Alpaqut Federasiyasının prezidenti enerjili insandır və şübhəsiz ki, bundan sonra da Azərbaycanda və onun hüdudlarından kənarda Aqil Acalovun həyata keçirəcəyi yeni layihələr və təşəbbüslər olacaq. Tam əminliklə demək olar ki, bu layihələrin uğuru əvvəlkilərdən az olmayacaq.



aia.az İnternet portalının kollektivi Aqil Acalovu ad günü münasibətilə təbrik edir.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024