Mobil versiya
Tünzalə Ağayeva ilə Tarkanı nə bağlayır? - Video
Tarix: 25-10-2017 | Saat: 12:29
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər




Son zamanlar sənətçilərimizin təqdim etdiyi mahnıları, klipləri və ya geyimləri plagiat olması ilə gündəmə gəlir.

aia.az-ın məlumatına görə, ötən gün əməkdar artist Tünzalə Ağayeva tələbəsi Ruslan Alişanla “Bağışla” adlı duetinə çəkilən klipi plagiat çıxıb.
“Bağışla” adlı duetə çəkilən klip 11 il öncə türkiyəli müğənniləri Tarkan Kibariye ilə "Gülümse Kaderine" adlı duetinə çəkilən klipə çox bənzəyir.
Klipdə süjet xətti, xırda detallara qədər oxşarlıqlar gözdən qaçmayıb. Kliplərin oxşar məqamlarını aşağıda təqdim etdiyimiz linklərdə izləyə bilərsiniz.

Qeyd edək ki, T.Ağayeva Ruslan Alişanla “Bağışla” adlı duetinin sözləri və musiqisi əməkdar artistin tələbəsi Tofiq Hacıyevə aiddir. Mahnının ekran həlli PerfectPictures.az-a həvalə edilib.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024