Mobil versiya
"Üzərində Ermənistan bayrağı olan avtomobil rəsmi avtosalondan alınmayıb" - Avtokapital-Azərbaycan
Tarix: 24-10-2017 | Saat: 17:58
Bölmə:Şou-biznes | çapa göndər

"Üzərində Ermənistan bayrağı olan avtomobil rəsmi avtosalondan alınmayıb" - Avtokapital-Azərbaycan


Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan "Mercedes-Benz" markalı avtomobillə bağlı "Mercedes-Benz"in Azərbaycandakı rəsmi distribütoru "Avtokapital-Azərbaycan" şirkəti açıqlama verib.

Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Sevinc Abbasova bildirib ki, sözgedən avtomobil "Mercedes-Benz"in rəsmi salonlarından alınmayıb:

"İlk növbədə, avtomobil köhnədir. 2008-2009-cu il istehsalıdır. "GL 550" modeli isə ancaq Amerika bazarı üçün istehsal olunur. Bu avtomobil Avropa bazarı üçün istehsal olunmayıb. Yəni, rəsmi diler bu maşını Azərbaycana gətirə bilməz. "Mercedes-Benz"in rəsmi dileri "GL 550" modelini heç vaxt Azərbaycana gətirməyib. Avropa və Azərbaycan bazarı üçün yalnız GL/GLS 500 modeli istehsal edilir. Həmçinin, sözügedən avtomobilin nömrəsinin altında "Ulduz" və "Mercedes-Benz" yazılıb. Bizim rəsmi dilerlər isə həmin hissədə öz adları və əlaqə nömrələrini qeyd edirlər. Ona görə, bu maşın bizdən alınmayıb".

Sevinc Abbasova həmin avtomobilin Ayna Sultanova küçəsində yerləşən avtosalondan alınması məsələsinə də aydınlıq gətirib:

"Bizim rəsmi dilerlərimiz Ayna Sultanova küçəsində yerləşmir. İki ünvanda - Babək Prospekti və Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində yerləşir. Bu məsələlərə görə, sözügedən avtomobil "Mercedes-Benz"in rəsmi salonlarından alınmayıb. Avtomobilin üzərində olan emblem "Euro motorscars" şirkətinə məxsusdur. O da Amerikanın şirkətidir və Amerika bazarına işləyir. Biz isə avtomobilləri Almaniyadan gətiririk. O emblemi isə avtomobilin üzərinə qoymuruq. Metbuat.az


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024