Mobil versiya
Vəfat edən şəxsə Zabratda “ölüm kağızı” verilmir
Tarix: 24-10-2017, 13:28 | Saat: 15:47:00
Bölmə:Səhiyyə / Karusel | çapa göndər

Vəfat edən şəxsə Zabratda “ölüm kağızı” verilmir



Zabrat qəsəbə sakini Ataş Qəribov anasının ölüm kağızını ala bilmədiyi üçün “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, anası Sitarə Qəribova oktyabrın 19-da rəhmətə gedib:

“Zabratda yerləşən 21 saylı poliklinikadan bütün sənədləri götürmüşük, anam ikinci qrup əlil idi, ürəyi xəstə idi. Bütün sənədləri var, ancaq baş həkim mənə ölüm kağızı vermir. Deyir ki, 2006-cı ildən bu yana onlara müraciət olunmadığı üçün ölüm kağızı verə bilmir. İndi mən bilmirəm neyləyim. Vəzifəli şəxsin qohumudur, ona görə heç kim bir söz deyə bilmir”.

“Qafqazinfo” məsələ ilə bağlı poliklinika ilə əlaqə saxlayıb. Sözügedən baş həkim Ulduz Hüseynova bildirib ki, mərhum Sitarə Qəribova 10 ildir poliklinikaya müraciət etmədiyi üçün ona ölüm kağızı yaza bilməz: “Qanun var ki, 5 ildən artıq poliklinikaya müraciət etməyən şəxslərə ölüm kağızı verilmir. Mən də övladam, ananın ölümüylə kimsə kiminsə əsəbiylə oynaya bilər? Sadəcə qanunlar var. Bunu dediyim zaman həmin şəxs də məni təhqir edib getdi. Dedi, siz bura layiq baş həkim deyilsiniz”.

Günel Hacı



5369 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930