Mobil versiya
AzMIU-nun Rektor birinci kurs tələbələri ilə görüşüb
Tarix: 24-10-2017 | Saat: 13:10
Bölmə:Təhsil | çapa göndər

AzMIU-nun Rektor birinci kurs tələbələri ilə görüşüb




Hər il olduğu kimi, bu il də ənənəyə sadiq qalaraq universitet rəhbərliyi universitetin ayrı-ayrı fakültələrində təhsil alan birinci kurs tələbələri ilə görüşlərə başlayıb. Bu dəfə ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova universitetin Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinə daxil olan birinci kurs tələbələri ilə görüşüb.
Birinci kursa daxil olan tələbələri təbrik edən rektor qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən tələbələrin adlarını xüsusi qeyd edib. Uğurlarının davamı olaraq universitetdə təhsil aldıqları 4 il müddətində əlaçı tələbə adını qazanaraq yüksək təqaüd almalarını, həmişə fərqlənmələrini arzulayıb. Sonra o, tələbə adını yeni qazanan tələbələrlə belə görüşlərin keçirilməsində əsas məqsədin universitetin daxili nizam-intizam qaydaları, tələbələrin vəzifələri, hüquqları barədə onları məlumatlandırmaqdan ibarət olduğunu vurğulayıb. G.Məmmədova tələbələrə universitetin professor-müəllim heyəti, tədris prosesi, barədə ətraflı məlumat verib, onları seçdikləri ali təhsil müəssisəsiylə yaxından tanış edib.


Rektor Azərbaycan və rus bölmələrinə qəbul olan, lakin təhsilini ingilis bölməsində davam etdirmək istəyən tələbələr üçün universitet tərəfindən imtahanların təşkil ediləcəyini və bu imtahanlarda ingilis dili səviyyəsi yüksək olan birinci kurs tələbələrinə təhsilini ingilis bölməsində davam etdirmək imkanının veriləcəyini qeyd edib. Çıxışında o, tələbələrə dərslərə ciddi yanaşmağı, keçilən dərslərdə fəal iştirak etməyi, zamanın, dövrün tələblərinə uyğun olaraq ixtisasları ilə bağlı çox oxumağı tövsiyə edib. Universitetin böyük kitabxanaya, yetərli kitab fonduna malik olduğunu, eyni zamanda elektron kitabxana sisteminin olması barədə tələbələrə məlumat verib, onlara yaradılan şərait və imkanlardan maksimum yararlanmağı məsləhət görüb.


Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub. Eyni zamanda rektor tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmagı tövsiyə edib, problem, qayğı və istəkləri barədə bu qurumlara müraciət etmək şanslarının olmasından da danışıb. Eyni zamanda G.Məmmədova universitetdə idman dərsləri keçilməsə belə, böyük idman zalının olduğunu, tələbələrin burada idmanın müxtəlif növü ilə (istər kütləvi, istər fərdi qaydada) məşğul olmaq imkanlarının mövcudluğunu tələbələrin diqqətinə çatdırıb. Çıxışının sonunda rektor bir daha tələbələri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb.
AzMİU-nun tədriş işləri üzrə prorektoru Akif Qasımov tələbə adını qazanan tələbələri təbrik edib, onları nizam-intizamlı olmağa, dərslərə ciddi yanaşmağa, müəllimlərlə səmimi ünsiyyət qurmağa çağırıb. O, universitetdə tələbələr üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Rəhbərlik tərəfindən universitetdə tələbələrin fərdi inkişafına dəstək məqsədi ilə xarici dil kursları və kompüter kurslarının açıldığını bildirib, SABAH qruplarının fəaliyyəti barədə də məlumat verib.
Tədbirin sonunda rektor, fakültənin dekanı, THİK-in sədri tələbələri maraqlandıran suallara cavab veriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024