Mobil versiya
Ailə faciəsi: Ana yoxa çıxdı, ata infarkt oldu, oğul intihar etdi
Tarix: 31-10-2015 | Saat: 13:52
Bölmə:Seçilənlər-2 / Şou-biznes / Karusel | çapa göndər

Ailə faciəsi: Ana yoxa çıxdı, ata infarkt oldu, oğul intihar etdi
İzmirdə təcili yardımla aparıldığı Karşıyaka Dövlət Xəstəxanasının təcili xidmətindən itən və təxminən 1 ildir xəbər alına bilməyən Aişə Bilərin 43 yaşındakı oğlu Murad Harun Bilər intihar edib

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, itkin qadının həyat yoldaşı da infarkt keçirərək ölüb.

İtkin olan Aişə Bilərin bir müddət əvvəl də həyat yoldaşı Remzi Bilər infarkt keçirərək dünyasını dəyişib.
Hadisə oktyabrın 30-da dünən axşam saatlarında Zübeyde xanım prospektində baş verib.

Murad Harun Bilərdən xəbər ala bilməyən qardaşı Pinar Bilər evə getdiyində böyük qardaşını yerdə qanlar içərisində tapınca vəziyyəti tibb və polis qruplarına bildirib. Hadisə yerinə gələn həkimlər Bilərin artıq həyatını itirdiyini deyiblər. Axtarışlara baxmayaraq Aişə Bilərin tapılmamasından kədərə qərq olan həyat yoldaşı Remzi Bilər də sentyabr ayında infarkt keçirib. Hadisə ilə əlaqədar başladılan istintaq davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024