Mobil versiya
“Ardıcıl 2-ci dəfə bu mükafatı qazandığım üçün şadam” - Ronaldo
Tarix: 24-10-2017 | Saat: 10:58
Bölmə:İdman / Karusel | çapa göndər

“Ardıcıl 2-ci dəfə bu mükafatı qazandığım üçün şadam” - Ronaldo


"Mənə səs verən hər kəsə təşəkkür edirəm. Messi və Neymarı da xatırlatmaq istərdim”.

aia.az-ın məlumatına görə, bu sözləri Madrid "Real”ının futbolçusu Kriştiano Ronaldo deyib.

2017-ci ilin ən yaxşı futbolçusu seçilən porutqaliyalı hücumçu mükafatlandırma mərasimindən sonra İspaniya mətbuatına açıqlama verib.

O, ardıcıl ikinci dəfə bu mükafatı qazandığı üçün çox sevindiyini bildirib: "Real”ın azarkeşləri, məşqçiləri və prezidenti il boyun mənə dəstək oldular. Onlara minnətdaram. Ardıcıl ikinci dəfə bu mükafatı qazanmaq mənim üçün əla məqamdır”.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024