Mobil versiya
Şəhid əsgərimiz dəfn edildi
Tarix: 23-10-2017 | Saat: 16:07
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Şəhid əsgərimiz dəfn edildi


Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalovun nəşi bu gün Saatlı rayonunun Heydərabad kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn edilib.

"Report"un məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid C. Zeynalovun məzarı üstünə əklil və qərənfillər qoyulub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, şəhid əsgər Cabbar Firuddin oğlu Zeynalov şəhid olub. .

C.Zeynalov 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yola salınmışdı.

Allah rəhmət eləsin!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə