Mobil versiya
ATU-da Qarabağ müharibəsi və aprel döyüşlərinin iştirakçıları ilə görüş keçirilib
Tarix: 23-10-2017 | Saat: 14:36
Bölmə:Təhsil | çapa göndər

ATU-da Qarabağ müharibəsi və aprel döyüşlərinin iştirakçıları ilə görüş keçirilib




Azərbaycan Tibb Universitetində (ATU) Qarabağ uğrunda döyüşlərində, o cümlədən aprel döyüşlərində iştirak edən Qazilərlə görüşü keçirilib. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusuna həsr edilmiş görüşdə ATU-nun professor müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ATU rektoru Gəray Gəraybəyli çıxış edərək aprel döyüşlərini Azərbaycan xalqının mübarizliyinin, Milli ordunun gücünün, qüdrətinin təntənəsi kimi qiymətləndirdi. Rektor Dağlıq Qarabağın azadlığı uğrunda aparılan döyüşlərdə əsgərlərimizin böyük qəhrəmanlıq və şücaət nümayiş etdirdiyini bildirdi. Onun sözlərinə görə, aprel döyüşləri müasir Azərbaycan gəncliyi üçün bir vətənpərvərlik örnəyi oldu: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, deyən rektor G.Gəraybəyli tezliklə işğal altında olan torpaqlarımızın hamısının azad olunacağından əmin olduğunu bildirdi.
Daha sonra tələbələrlə görüşə gəlmiş Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov həmin döyüşlərin Azərbaycan ordusunun hərbi gücünün, ordumuzun peşəkarlığının, qalib gəlmək əzminin, xalq-ordu, ordu-xalq birliyinin nümayişinə çevrildiyini söyləyib. Qarabağ qazisi Rey Kərimoğlu Azərbaycan Milli Ordusunun ilk əsgərlərindən biri kimi döyüşdüyü kəşfiyyat batalyonunun apardığı əməliyyatlardan, özünün iştirak etdiyi bir sıra döyüşlərdən epizodlar xatırlayıb. Eşqin Hüseynov qeyd etdi ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Digər tərəfdən, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını da göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu.
http://www.amu.edu.az/news_img/457892559ed7e8e07894.jpg

Çıxışlar zamanı qeyd olundu ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Çünki bizdə vətən uğrunda həm ölməyə, həm də öldürməyə hazır olan qəhrəmanlarımız var.
Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Tacir Şahmaroğlunun “Bayatı Şiraz”ı ifası ilə başlayan bu hissədə Şəmistan Əlizamanlı, ATU-nun Hərbi Tibb və ictimai tibb fakültəsinin tələbələri, “Şəfa” xalq çalğı alətləri ansamblının ifasında vətənpərvər ruhlu mahnılar və şeirlər ifa olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024