Mobil versiya
Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB
Tarix: 23-10-2017 | Saat: 10:39
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB


Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

***
Bakıda cəza çəkən məhkumlardan bir neçəsi Şirvana etap olunarkən qaçıb.
APA-nın əldə etdiyi xəbərə görə, həmin məhkumlar Bakıdan Şirvana qatarla aparılırlarmış. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan bir neçəsi qaçmağa nail olub.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024