Mobil versiya
Bu kəndə kişilərin girişi qadağandır
Tarix: 21-10-2017 | Saat: 14:11
Bölmə:Media / Aia TV | çapa göndər

Bu kəndə kişilərin girişi qadağandır


Kenyada Umoja adlı kənddə yalnız qadınlar yaşayır.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu əraziyə kişilərin girişi qadağandır.

Umojanın maraqlı hekayəsi var. Kənd 1990-cı ildə ingilis əsgərlərinin 15 qadına təcavüz etməsindən sonra yaranıb. 27 il əvvəl həmin 15 qadın tərəfindən yaradılan ərazi sonradan digər şiddət görmüş qadınların da oraya getməsi ilə genişlənib.

Yalnız qadınlardan ibarət məskənin salınması fikrini isə ilk dəfə Rebekka Lolosoli adlı qadın irəli sürüb.

Hazırda Umojada 47 qadın və 200 uşaq var.

Qeyd edək ki, kəndin sakinləri kənd təsərrüfatı ilə məşğul olur və əldə etdikləri məhsulları qonşu kəndlərdə sataraq dolanırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024