Mobil versiya
ABŞ Kərimovanın pullarını ələ keçirir – Şok iddia
Tarix: 21-10-2017 | Saat: 14:10
Bölmə:Media / Manşet | çapa göndər

ABŞ Kərimovanın pullarını ələ keçirir – Şok iddia


ABŞ və Niderland Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarında dondurulmuş 784 milyon dollarlıq hesabının böyük hissəsini əldə edə bilər.

Bu barədə İsveçrənin "Le Temps” qəzeti məlumat yayıb.

Qəzet bu həftə İsveçrə Baş Prokurorluğunda Kərimovanın Cenevrədəki "Lombard Odier” bankında olan dondurulmuş hesabının taleyi ilə bağlı gizli danışıqlar aparılacağını bildirib.

Artıq ABŞ bu hesabdan 550 milyon dolların özünə verilməsini tələb edib. Vaşinqtonun iddiasına görə, özbək klanı maliyyə əməliyyatları üçün Amerika bankları və dollarlarından istifadə edib və bu pulları tələb etmək onun haqqıdır. Niderlandın isə nə qədər məbləğə iddia etdiyi hələ də bilinmir.
"Le Temps” İsveçrədə saxlanılan pulların çox hissəsinin müxtəlif telekommunikasiya şirkətlərindən rüşvət formasında alındığını bildirib. Rəsmi Bern bu pulları öz nəzarəti altında Özbəkistana geri verməyi planlaşdırır. İsveçrənin daha bir tələbi də bu pulların əhalinin xeyrinə xərclənməsidir. Lakin Berndə qorxurlar ki, Daşkənd bunu bacarmasın.

Qeyd edək ki, Gülnarə Kərimova 2013-cü ildən həbsdədir. O, fırıldaqçılıqda, vergiləri ödəməməkdə ittiham edilib. Kərimovanın 12 ölkədə 1,5 milyardlıq sərvətinə həbs qoyulub. Kərimova haqqında indiyə qədər bir neçə dəfə ölüm xəbəri yayılsa da bunlar öz təsdiqini tapmayıb.(axar.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024