Mobil versiya
Bank zamin qadını həbs etdirdi
Tarix: 20-10-2017 | Saat: 13:47
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bank zamin qadını həbs etdirdi


"Atabank” kredit götürən şəxsə zamin duran qadını həbs etdirib.
Bu barədə bank eksperti, vəkil Əkrəm Həsənov məlumat paylaşıb.
Onun sözlərinə görə, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev "Atabank”a 8701 manat borcu olan şəxsin zamini Bunyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs edib. Məhkəmə borclunun özünü tapa bilmədiyi üçün ona zamin duran qadını həbs edib.
Vəkil bildirib ki, həbs edilən zamin xanım əslində Azərbaycan Dəmir Yolları QSC-də işləyir. Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Həmçinin xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib.
Vəkil Ə.Həsənov son olaraq bu vəziyyətə düşməmək üçün vətəndaşlara müraciət edərək bildirib ki, belə halla qarşılaşan kimi dərhal "Antikollektor”a müraciət etsinlər.(axar.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024