Mobil versiya
AŞPA müşahidəçilərinin Azərbaycana səfəri başladı
Tarix: 30-10-2015 | Saat: 14:19
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

AŞPA müşahidəçilərinin Azərbaycana səfəri başladı

Noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb.

Bu barədə APA-ya Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir. Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin, media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.

Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək.

Seçkidən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024