Mobil versiya
Bakıda polisə silahlı hücum
Tarix: 30-10-2015 | Saat: 14:16
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər

Bakıda polisə silahlı hücum
Bakının Nərimanov rayonunda polis əməkdaşına silahlı hücum olub

Bu zaman polis cinayətkara müqavimət göstərə bilməyib.

Nərimanov Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, lüləsi kəsik qoşalülə tüfənglə silahlanmış naməlum maskalı şəxs Ziya Bünyadov prospekti, 2082 ünvanında yerləşən zavod anbarının qapısının açıq olmasından istifadə edərək binaya soxulub.

Həmin vaxt Binəqədi rayon mühafizə polisinin əməkdaşı, polis çavuşu Ceyhun Əvəz oğlu Hüseynov anbarda xidmət başında olub. Cinayətkar polis əməkdaşından anbarın açarlarını tələb edib. Lakin elə bu zaman digər mühafizəçi də anbara gəlib. Cinayətkar iki mühafizəçi ilə təkbaşına bacara bilməyəcəyini görərək havaya atəş açıb və hadisə yerindən qaçaraq gizlənib.

Hazırda şübhəli şəxsin kimliyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri görülür. Fakt üzrə araşdırma aparılır..



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024