Mobil versiya
Sumqayıtda şagirdin ölümünə səbəb olan müəllim 500 AZN cərimələnib
Tarix: 19-10-2017 | Saat: 18:05
Bölmə:Cəmiyyət | çapa göndər

Sumqayıtda şagirdin ölümünə səbəb olan müəllim 500 AZN cərimələnib


Sumqayıtda şagirdin ölümünə səbəb olan müəllim cəzalandırılıb.

aia.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbər görə, 17 saylı məktəbin müəllimi, Zəngilan rayon sakini 1967-ci il təvəllüdlü Qəfər Hacıyev dərsə gecikən şagirdləri cəzalandırmaq üçün stadion ətrafında qaçmağa məcbur edib. Bir neçə dövrə vurduqdan sonra şagirdlərdən biri, Azad İlyasov təngnəfəs olaraq yerə yıxılıb və ürək çatışmazlığından vəfat edib.

Müəllim Qəfər Hacıyevə qarşı Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılsa da, Sumqayıt Şəhər Məhkəməsi onun bu işdə günahı olmadığı qənaətinə gəlib və Q.Hacıyev barəsində bəraət hökmü çıxarılıb.
Prokurorluğun protestini apellyasiya məhkəməsi təmin etməsə də, Ali Məhkəmə qərarı ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsində təkrar işə baxılan zaman aşağı instansiya məhkəməsinin qərarı ləğv edilib. Q.Hacıyev təqsirli bilinərək 1 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 500 manat cərimələnib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024