Mobil versiya
"Qarabağ"a yenə haqsızlıq edildi"
Tarix: 19-10-2017 | Saat: 12:04
Bölmə:İdman / Karusel | çapa göndər

"Qarabağ"a yenə haqsızlıq edildi"



"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin "Qarabağ"ın futbolçusu Dino Ndlovunun İspaniya "Atletiko"su ilə oyunda ikinci sarı vərəqənin ardından meydandan kənarlaşdırıldığı epizodu dəyərləndirib.

aiat.az-ın məlumatına görə, "Tivibu" telekanalında qonaq olan 54 yaşlı mütəxəssis fransalı referi Ruddi Bukenin Ndlovuya haqsızlıq etdiyini bildirib. O deyib ki, eyni hal "Qarabağ"ın cərimə meydançası daxilində baş versəydi, Buke "Atletiko"nun lehinə penalti təyin edərdi: "Buna bənzər hal mən Azərbaycanda çalışdığım vaxt "Qarabağ"ın İtaliya "İnter"i ilə görüşündə də baş vermişdi. Həmin vaxt Azərbaycan klubu təmiz qolunun sayılmadığı tələbi ilə UEFA-ya şikayət etsə də, müsbət cavab almamışdı. İndi də avrokuboklarda yenidən haqsızlığa məruz qaldılar".
O.Çətinin fikrincə, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi təsadüfi deyil: "Qurban Qurbanov illərdir komandanın sükanı arxasındadır. Çempionatda problemləri yoxdur. Avropa kuboklarında isə uğurlarını artan templə yüksəltməkdədirlər. Qitəmiqyaslı oyunlar zamanı Azərbaycanda stadionlar dolur. "Qarabağ" heç bir oyunu asanlıqla uduzmur. Ötən tur "Roma" Bakıda çətinliklə qalib gəldi. Azərbaycan futbolunda inkişaf elə də yüksək deyil. Amma müəyyən komandalara sərmayə qoyulur. Ən çox diqqət isə "Qarabağ"a göstərilir. Onlar da bu işi yüksək səviyyədə görürlər. Bura qədər gəlmələri təsadüfi deyil".

Qeyd edək ki, "Atletiko" ilə matçın 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin baş hakim Ruddi Buke "Qarabağ"ın lehinə penalti yox, Ndlovuya ikinci sarı vərəqə göstərib və onu meydandan kənarlaşdırıb. Oğuz Çətin 2014-cü ilin iyunundan dekabrınadək "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024