Mobil versiya
Arif Quliyev toylarda müğənnilik edəcək
Tarix: 19-10-2017 | Saat: 12:04
Bölmə:Dünya / Karusel | çapa göndər

Arif Quliyev toylarda müğənnilik edəcək


Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib.

aia.az-ın məlumatına görə, aktyor bu haqda "APA TV”-nin "Show time” verilişində danışıb. O bildirib bir müddətdir mahnı oxuyur:
"Mən artıq fikirləşmişəm ki, bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni yanında oxumağa utanıram. Mən musiqili komediya fakültəsini bitirmişəm. Düz 2 il incəsənət universitetinə aktyorluqdan imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma üçüncü dəfə fikirləşdim ki, sənədlərimi musiqili komediya fakültəsinə verim. Elə mahnını yaxşı oxuduğuma görə, məni ali məktəbə qəbul elədilər”.

Aktyor onu da əlavə edib ki, toy qiyməti elə də baha deyil:

"Heç bir zaman bir qiymət deyib, o məbləğdə də dayanmıram. Kim nə hörmət edirsə, o qiymətə də razılaşıram. Yəni toy qiymətim elə də baha deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024