Mobil versiya
“Ağdam rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” geniş Şura iclası keçirildi
Tarix: 18-10-2017 | Saat: 13:27
Bölmə:Gündəm | çapa göndər

“Ağdam rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” geniş Şura iclası keçirildi




“Ağdam rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” geniş Şura iclası keçirildi


2017-ci il oktyabrın 17-də Ağdam rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr həsr olunmuş geniş Şura iclası keçirildi. İclasda ərazi nümayəndələri və bələdiyyələr, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri ümumilikdə 300 nəfər iştirak edirdi. Şura iclasında rayon İcra Hakimiyyəti başçsının birinci müavini Allahverən Əliyev geniş Hesabat məruzəsi ilə çıxış etdi. O bildirdiki, ötən 9 ay ərzində rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlərimiz davam etdirilmişdir.Ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Baki şəhəri ilə yanaşı bütün bölgələr də öz simasını dəyişir. O, cümlədən rayonumuzun ərazisində tikinti-quruculuq işləri bu gün də davam etdirilir, rayonumuz günü-gündən abadlaşır.
Bildirirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr, 328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi davam etdirilir. Quzanlı qəsəbəsində 160 nəfərin işlə təmin olunması nəzərdə tutulan Xalçaçılıq Müəssisəsinin tikinti işləri başa çatdırılmış, həyəti abadlaşdırılmış yaşıllıqlar salınmış və istismara tam hazır vəziyyətdədir. Quzanlı qəsəbə 360 şagird yerlik orta və Bənövşələr kənd tam orta məktəblərinin tikintisi davam etdirilir.
Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinə başlanılmış, yol genişləndirilmiş, yolun əsası tikilmiş və asfaltbeton işlərinə tam hazır vəziyyətə gətirilmişdir.
“Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, yararsız ictimai binalarda məskunlaşmış məcburi köçkünlər üçün 20 fərdi yaşayış evinin, o cümlədən Əfətli kəndində 1 ədəd 2 otaqlı, Qaradağlı kəndi ərazisində 2 ədəd 3 otaqlı, 1 ədəd 2 otaqlı, Çəmənli kəndində 1 ədəd 4 otaqlı, Mirəşəlli kəndində 1 ədəd 3 otaqlı, Xındırıstan kəndində 5 ədəd 3 otaqlı, Quzanlı qəsəbəsində 9 ədəd 3 otaqlı yaşayış evlərinin tikintisi başa çatmış, hazırda evlərdə son tamamlanma işləri aparılır. Yaxın günlərdə məcburi köçkünlərin həmin evlərə köçürülməsi təmin ediləcəkdir.
Quzanlı qəsəbəsində Boks və Taekvando məktəblərinin Polis şöbəsinin və Prokurorluğun yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılmış, layihələndirmə işləri aparılır.
“Cəbhəboyu zonada yerləşən yaşayış kəndlərində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli 1393 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Ağdam rayonunun cəbhəboyu kəndlərində 17 ədəd Polis məntəqəsi tikilib istifadəyə verilmişdir.
Cari ilin 9 ayında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin yaşadığı 60 evdə, rayon ərazisndə məskunlaşmış 90 məcburi köçkünün evində təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2017- ci il tarixli Sərəncamına əsəsən rayon ərazisində 30 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Belə ki, 30 ədəd quyu tam qazılıb yekunlaşmış AS-50 markalı naqillərlə quyuların elektrik təchizatı təmin edilir və bir neçə quyularda transformator quraşdırılmış bütün bunlara baxmayaraq rayon ərzisində əkilən panbıq sahələrinin suvarılmasının vacibliyini nəzərə alaraq 9 ədəd quyu fəaliyyət göstərərək suvarma işlərinin aparılmasını yaxşılaşdırmışdır. İlin yekununa 30 ədəd quyu istismara hazır vəziyyətə gətiriləcəkdir.
Ağdam rayonu Quzanlı qəsəbəsi Akademik Xudu Məmmədov adına küçədə genişləndirmə işləri aparılmış, yol örtüyünün əsası hazırlanaraq asfaltbeton işlərinin aparılmasına tam hazır vəziyyətə gətirilmişdir. Yaxın günlərdə həmin küçənin asfaltlaşdırılması işlərinə başlanılacaqdır.
Yolların təmiri və saxlanılması üçün 2017-ci ilin 9 ayında 644,2 min manatlıq iş görülmüş, kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılmış, yollarda cari təmir işləri 439.1 min manat və rüblər üzrə 205.1 min manat təşkil etmişdir. Yol İstismar İdarəsi rayon ərazisində yolların saxlanılması və cari təmir olunması üçün ciddi tədbirlər görməlidir.
Yaşıllıqların saxlanılması, onlara xidmətin yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, sentyabr ayında ümumrayon iməciliyi keçirilmişdir.

2017-ci ilin 9 ayında əhalinin həyat şəraitinin yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətnin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür.
Belə ki, rayon ərazisində elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137 MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü (113.4 MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü (3.2 MVA) y/stansiyalar və 1535 ədəd 10/0.4 kv-luq transfarmator y/ stansiyaları ümumi gücü (179.4 MVA) olmaqla fəaliyyət göstərir. Bundan əlavə rayonun Əfətli kəndi ərazisində 2016-cı ildə tikintisinə başlanılmış, 2017-ci ilin əvvəlində “Azərişıq” ASC tərəfindən 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilmiş, 9 ədəd aralıq və 3 ədəd anker dayaqdan ibarət 35 kv-luq (ümumi uzunluğu 1.32 km olan) hava elektrik verilişi xətti çəkilmiş, 124 ədəd PSQ-70 tipli izolyatorlardan, 9 ədəd traversdən, 4000 metr AS-70 markalı naqildən istifadə edilmişdir. 2017-ci ilin 9 ayı ərzində şəbəkə tərəfindən ayrı-ayrı 10 kv-luq hava xəttlərində 27 ədəd 10 kv dəmir-beton dayaq əkilmiş, 3150 metr AS-50, 2600 metr AS-35 markalı naqil çəkilmiş, 96 ədəd ŞF-10 tipli izolyatordan və 31 ədəd 10 kv-luq traversdən istifadə olunmuşdur. İmamqulubəyli, Yeni Quzanlı köçkün, Ergi qəsəbələrində, Eyvazlı, Mirəşəlli, Çəmənli və Kolqışlaq kəndlərində müxtəlif güclü 422 ədəd 0.4 kv dəmir-beton 328 ədəd dəmir dayaq basdırılmış, 95 ədəd 0.4 kv traversdən, 4500 metr AS-35 markalı naqildən və müxtəlif ölçülü 55990 metr SİP kabeldən istifadə olunmuş, 1565 ədəd sayğac quraşdırılmış, bunlardan 1020 ədədi, mexaniki və istismar müddətin başa vurmuş sayğacların, əvəzinə qalan 545 ədədi isə əvvəlcədən ödəniş sistemli smart kart tipli sayğaclar olmuşdur.
2017-ci ilin 9 ayı ərzində 175.2 milyon kvt/s elektrik enerjisi alınmış, bunun da faydalı enerjisi 152.6 milyon kvt/s olmuşdur ki, bu da 12.6 milyon manat dəyərindədir. Faydalı enerjinin dəyəri əhalidən 1.2 milyon manat, qeyri əhalidən isə 8.5 milyon manat, rayon üzrə cəmi 9.7 milyon manat vəsait toplanmışdır ki, bu da alınan enerjinin 77 faizini təşkil edir. Görülmüş işlərə baxmayaraq itkilərin aradan qaldırılması, transfarmator məntəqələrinin, istismara yararsız dayaq və naqillərin dəyişdirilərək yenisi ilə əvəz olunması işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı Ağdam Elektirik Şəbəkəsinin işlərində nöqsanlar vardır. Belə ki, Şəbəkədə 1960-1965- ci illərdə tikilmiş hava xəttləri və quraşdırılmış avadanlıqlar, qeyri standart dayaq və naqillərdən çəkilmiş hava xəttlərinin olması eyni zamanda 10/0.4 kv-luq xəttlərin qoruq zonasında ağacların əkilməsi və kəsilməsi haqqında böyük çətinliklərin yaranması halları tez-tez qəza açılmalarına və enerji itkisinə səbəb olmaqla bərabər 0.4 kv-luq hava xətlərinin həyətlərdən keçməsi əhali tərəfindən elektrik enerjisindən oğurluq hallarına şərait yaradır.

Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər davam etdirilmişdir. Belə ki, Ağdam Xidmət Sahəsinin təmir bərpa işləri 274 ədəd siyirtmə, 36 ədəd ŞQTM tipli və 9 ədəd RDUK tipli qaz tənzimləyicilərinə, L=71722 p/m yeraltı qaz kəmərlərinə (cəmi: L=930736 p/m) xidmət göstərir. Ağdam Xidmət Sahəsi üzrə 2017-ci ilin 9 ayı ərzində əhali sektorunda 134 ədəd G-4 markalı sayğac əvəzlənmişdir. Bundan 34 ədədi yeni quraşdırılan sayğac, 100 ədədi müdaxilə edilmiş sayğaclardan dəyəri ödənilməklə əvəzlənmişdir. Əhali sektorundan yeni quraşdırılmış 34 ədəd sayğaca plomb vurulmuşdur. Qeyri əhali sektorunda 2 ədəd G-6 markalı sayğac quraşdırılıb. 1 ədəd İTRİ tərəfindən quraşdırılmış sayğaca plomb vurulmuşdur. Ümumilikdə 1451 ədəd plomb vurulmuşdur.
Hazırda rayon ərazisində 16 950 ədəd fərdi ev, 65 ədəd dövlət və qeyri dövlət müəssisəsi təbii qazla təmin olunmuşdur.
9 ayda 15.6 milyon kub metr qaz qəbul olunmuş, bundan əhaliyə 14.5 milyon kub metr, qeyri əhaliyə 1.1 milyon kub metr qaz satılmış, satılmış qazın dəyəri əhali üzrə 106 faiz, qeyri əhali üzrə 93 faiz ödənilmiş, cəmi qəbul edilmiş qazın 97.6 faizi satılmışdır. 2.4 faiz isə itki olmuşdur.

Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, 2017- ci lin 9 ayı ərzində Birinci Dördyol qəsəbəsi ərazisində 1150 metr, İkinci Dördyol qəsəbəsində 710 metr, Səfərli qəsəbəsində 265 metr, Bənövşələr qəsəbəsində 418 metr, Alıbəyli qəsəbəsində 713 metr, Baharlı qəsəbəsində 869 metr müxtəlif ölçülü su borularından təmir işləri görülmüşdür. Əlavə olaraq Birinci Dördyol qəsəbəsində 16 ədəd, Baharlı qəsəbəsində 14 ədəd, Bənövşələr qəsəbəsində 11 ədəd , Təzəkənd qəsəbəsində 13 ədəd, İkinci Dördyol qəsəbəsində 6 ədəd, Qasımbəyli qəsəbəsində 6 ədəd, İmamqulubəyli qəsəbəsində 8 ədəd su nasosu təmir edilmişdir. Ümumilikdə 2017- ci ilin 9 ayı ərzində 74 su nasosu və 2265 metr su xəttində bərpa işləri aparılmışdır.Ağdam Sukanal idarəsi 2017- ci ilin 9 ayı ərzində abonentlərdən və təşkilatlardan istifadə etdikləri suyun dəyərinin ödənişini 61.5 faiz yerinə yetirmişdir. Bu sahədə Sukanal idarəsinin rəhbərliyi ciddi dönüş yaratmalıdır.


Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilmiş, 9 ay ərzində İkinci Baharlı qəsəbəsində 100 nömrəlik daxili xətt şəbəkəsi tikilib istifadəyə verilmiş, hazırda telefon çəkilişi və internet portalının satışı davam etdirilir. Əfətli, Evoğlu kəndləri və Birinci Dördyol qəsəbəsində 95 ədəd rabitə dirəyi basdırılaraq xətt şəbəkəsi tam təmir olunmuş, bu işlər digər yaşayış məntəqələrində də davam etdirilir. 9 ayda 181 ədəd yeni telefon çəkilmiş, 643 ədəd yüksək sürətli internet portunun satışı aparılmışdır.
Hazırda rayonda 3239 ədəd telefon və 1823 ədəd internet istifadəçisi var.
2017-ci ilin 9 ayı ərzində rabitə xidmətində 181.7 min manat istifadə olunub. Bunlardan 170.2 min manat pul yığılmışdır. Bu da Planın 93.7 faizini təşkil edir. Əhliyə səmərəli rabitə xidmətinin göstərilməsi daim diqqətdə saxlanılmalıdır.
Poçt sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, Ağdam filialı üzrə 2017- ci ilin 9 ayında tarif gəlir planı 99940 manata qarşı 132549 manat yerinə yetirilmişdir, buda planın 133 faizini təşkil edir. O, cümlədən 3- cü tarif gəliri planı 32400 manata qarşı 39135 manat yerinə yetirilmişdir, buda planın 120 faizini təşkil etmişdir.Ağdam Poçt filialı üzrə 1 poçt şöbəsi fəaliyyət göstərir. Mövcud poçt şöbələri vasitəsilə bütün növ poçt xidmətlərinin yerinə yetirilməsi təşkil olunmuşdur.


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Ağdam rayonu üzrə icrası nəzərdə tutulan 14 tədbirdən 12-i icra olunur, 2 tədbirin icrasına başlanılmamışdır.
İlkin hesablamaya əsasən rayon üzrə 2017- ci ilin 9 ayı ərzində ümumi məhsul istehsalının həcmi 99.4 milyon manat olmuş, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 887 min manat və ya 0,9 faiz artmış, sənaye məhsulunun ümumi həcmi 9.2 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 75.4 milyon manat, ticarətin dövriyyəsi 10.0 milyon manat, informasiya və rabitə xidməti 235,6 min manat, nəqliyyat və anbar təsərrüfatı 979,6 min manat olmuş, 2017-cı ilin 9 ayı ərzində tikinti quraşdırma işlərinin həcmi 3.6 milyon manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə icrası nəzərdə tutulmuş 32 tədbirdən 18-i icra edilmiş, icra müddətinə əməl olunmaqla 5-i icra olunur, 9-nun icrasına başlanılmamışdır.
2017-ci ilin 9 ayı ərzində vergidən büdcəyə 3.2 milyon vəsait daxil olmuşdur.
2017-ci ilin 9 ayı ərzində dövlət büdcəsindən verilən dotasiya 3,8 milyon manat, ümumi xərclər 5,7 milyon manat təşkil etmişdir.
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir.
Əhalinin maddi rifah halının yaxşılaşdırılması və məhsul bolluğu yaradılması üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 83 faiz, dövlət sektorunda isə 17 faiz təşkil edir.
2017-ci ilin 9 ayı ərzində İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 510 min manat güzəştli kredit verilmişdir.
9 ayda aylıq pensiya təlabatı 2,6 milyon manat, orta aylıq məbləğ 172 manat təşkil etməklə 21802 nəfər pensiya və müavinət alırlar. Onlardan 8473 nəfər yaşa görə, 5948 nəfər əlilliyə görə, 631 nəfər ailə başcısını itirməyə görə pensiya alır.
2017-ci ilin 9 ayı ərzində 418 nəfər şəhid ailəsinə və 477 nəfər müharibə əlilinə Prezident təqaüdü, 1544 nəfər müharibə iştirakçısı olduğuna görə müavinət, Böyük Vətən Müharibəsinin 72-ci ildönümü münasibətilə 132 nəfərə və 231 nəfər yeni doğulmuş uşaqlara isə birdəfəlik müavinət verilmişdir. 01.10.2017-ci il tarixə rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 1097 nəfər təşkil edir.
2017-ci ilin 9 ayı ərzində rayon Məşğulluq Мərkəzinə 1403 nəfər işaxtaran vətəndaş müraciət etmiş, ondan 1224 nəfər qeydiyyata götürülmüşdür. Müraciət edən vətəndaşlardan 220 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunmuş, 95 nəfər vətəndaşa isə işsizlik statusu verilərək müavinət təyin edilmişdir. 25 sentyabr 2017-ci il tarixdə aktiv məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmiş, idarə və müəssisələrdən 624 boş vakant iş yerləri daxil olmuş, 63 nəfər işlə təmin olunmuşdur. Hazırda idarə və müəssisələrdə 561 vakant iş yeri vardır, ondan 156-ı qulluqçu, 405-i isə fəhlə kateqoriyasından olan iş yerləridir. 2016-cı il ərzində başa çatmış Aktiv Məşğulluq tədbiri olan “Özünüməşğulluq Proqramı” layihəsində öz biznes ideyasını qazanmış 32 nəfər işaxtaran və işsiz vətəndaşa Şirkət tərəfindən qazandıqları aktivlər bu il təhvil verilmişdir.

2016-2017- tədris ilində rayon Təhsil şöbəsi 135 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 17 ümumi orta, 117 tam orta məktəbi, 5 məktəbdənkənar tərbiyə müəssisəsi ilə fəaliyyətə başlamışdır. Təhsil şöbəsi, onun tabeçiliyində olan təlim-tərbiyə müəssisələri tədris ilinin əvvəlində olduğu kimi, 2017-ci ilin 9 ayı ərzində də təhsil sahəsində qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır.
2017-cı ilin 9 ayı ərzində qarşıda duran vacib məsələlərdən biri təlim-tərbiyə müəssisələrinin qış mövsümündə istiliklə təmin edilməsi olmuşdur. Aparılan məqsədyönlü işlərin nəticəsində cari qış mövsümündə rayonun Alıbəyli, Qaradağlı, Çəmənli, Əhmədağalı, Əfətli, Həsənxanlı, Hacıməmmədli kənd tam orta məktəblərin mərkəzi istilik sistemləri qaz yanacağı ilə təmin edilmiş, digər müəssisələr üçün yanacaq alınıb vaxtında müəssisələrə çatdırılmışdır.
2017-ci ilin yanvar-mart ayları ərzində, rayonun bütün ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə inşa müsabiqəsi keçirilmişdir.
2016-2017-ci tədris ilində məktəblilərin fənn olimpiadaları yeni qaydalara əsasən 2017-ci ilin yanvar ayından mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən göndərilən materiallar əsasında keçirilmiş, nəticə Təhsil Nazirliyi tərəfindən yoxlanılmış, 76 nəfər şagird birinci mərhələdə qalib hesab edilmiş, Mingəçevir və Bakı şəhərində keçirilən zona müsabiqəsinə vəsiqə almış, zona müsabiqəsində iştirak edən şagirdlərdən 2 nəfəri yüksək nəticə göstərərək növbəti Respublika müsabiqəsinə vəsiqə qazanmışlar.
12 mart 2017-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi tərəfindən yekun qiymətləndirmə imtahanının birinci mərhələsi keçirilmiş, imtahanlarda rayonun 1014 nəfər IX sinif şagirdi iştirak etmişdir.
Təhsil Nazirliyi tərəfindən keçirilən Dioqnostik Qiymətləndirmədə Ağdam rayon Təhsil müəssisələrində çalışan 4035 nəfər müəllim və rəhbər işçidən 3087 nəfəri iştirak etmiş və müxtəlif nəticələr göstərmişlər. İlkin sıralama zamanı 0-12 bal arası nəticə göstərmiş 73 nəfər aşkar edilmişdir. Ən acınacaqlı haldır ki, bunların da 42 nəfəri ibtidai sinif, 7 nəfəri ingilis dili, 7 riyaziyyat, 4 fiziki tərbiyə, 4 tarix, 1 fizika, 2 texnologiya, 2 GÇQH, 2 biologiya, 1 kimya, 1 Azərbaycan dili və ədəbiyyat müəllimləri olmuşdur. Bu müəllimlərdən 6 nəfəri 106 nömrəli tam orta, 3 nəfəri 109, 3 nəfəri 118, 2 nəfəri 14, 2 nəfəri 5, 2 nəfəri 129, 3 nəfəri Baharlı-2 qəsəbəsi, 2 nəfəri Dördyol-2 qəsəbəsi, 2 nəfəri 94, 2 nəfəri 95, 2 nəfəri 8 nömrəli tam orta və 2 nəfəri Hacıturalı kənd tam orta məktəblərindən olmuşdur.
42 nəfər müəllim 57-60 bal arası toplamışdır ki, bunlardan da Qəhrəmanova Aytən Arif qızı 81 nömrəli köçkün tam orta məktəbin ingilis dili müəllimi 60 mümkün baldan 60 bal toplamışdır. Müəllimlərin ümumi fəallıq göstəricilərinə görə 81, 23, 33, 150 nömrəli köçkün tam orta və Qaradağlı kənd tam orta məktəblərinin adlarını çəkmək olar. Dioqnostik Qiymətləndirmənin nəticələri Rayon Təhsil Şöbəsində müzakirə olunaraq belə nəticəyə gəlinmişdir ki, metodkabinet aşağı bal toplayan müəllimlərlə vaxtaşırı Mentor sistemi ilə təlimlər keçirsin və rəhbərliyə hesabat versin.
Ağdam Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə Dioqnostik Qiymətləndirmədə yüksək bal toplamış müəllimlərlə Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, onların hər birinə 100 manat məbləğində pul mükafatı, 2 nəfər ehtiyacı olan müəllimə isə həyətyanı torpaq sahəsi verilmişdır.
30 iyun 2017-ci il tarixdə Quzanlı qəsəbə, 2 və 18 saylı tam orta məktəblərində rayon ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi tərəfindən yekun qiymətləndirmə imtahanı keçirilmiş, 1354 nəfər XI sinif şagirdindən 825 nəfəri yəni 60,93 faizi hər üç fənndən müvəffəq qiymətlər almışıdır.
2017-cı ilin 9 ayı ərzində məktəblərdə hərbi vətənpərvərlik işinin gücləndirilməsi istiqamətində xeyli işlər görülmüş, “Yeni il” və “Novruz” bayramı ilə əlaqədar məktəblərin ərazidəki hərbi hissələrdə görüşləri keçirilmiş, bundan başqa “Cəsurlar”, “Şahin” hərbi oyunlarının keçirilməsi üçün müvafiq işlər aparılmışdır.
Xüsusilə qeyd edirik ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərliyi ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər IX-XI sinif şagirdlərinin 23-26 mart 2017-ci il tarixlərdə Şəki-Zaqatala-Qəbələ rayonlarına ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı 6 rayonun iştirakı ilə keçirilən intellektual bilik yarışında şagirdlərimiz fəal iştirak edərək birinci yeri tutmuş və kuboku qazanmışlar. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə həmin yarışda iştirak edən 5 nəfər şagird və şagirdlərin nəzarətçiləri Rayon İcra Hakimiyyətinə dəvət edilmiş və onlarla görüş keçirilmişdir.
Xüsusilə qeyd etmək istəyirik ki, 22 iyun 2017-ci il tarixdə 97 saylı Goranboy, Ağdam, Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin Deputatı cənab Ağalar Vəliyevin dəstəyi və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ilinin yekunlarına görə I-XI sinif əlaçı şagirdlərinin Heydər Əliyev Mərkəzində rayon ictimayyəti ilə görüşü keçirilmişdir. Görüşdə 100 nəfər əlaçı şagirdin hər birinə 100 manat pul mükafatı verilmişdir.
Həmin gün rayonun Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında cənab Ağalar Vəliyevin maddi dəstəyi və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 300 nəfərdən artıq müxtəlif təbəqələrdən olan rayon əhalisinə iftar süfrəsi açılmış və həmin tədbirdə cənab Ağalar Vəliyev şəxsən iştirak etmişdir. Maraqlısı budur ki, həm Heydər Əliyev Mərkəzində, həm də Seyyid Lazım Ağa ziyarətgahında keçirilən tədbirlərdə Respublikanın Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli Arif Babayev də iştirak etmişdir.
Bildirirk ki, rayon ümumtəhsil məktəblərinin XI sinfini bitirmiş 1359 nəfər məzundan 751 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 519 nəfəri ali məktəbə qəbul olunmuşdur. Bu isə sənədverənlərin 69 faizini təşkil edir. Fərəhləndirici haldır ki, bu məzunlardan 1 nəfəri Əhmədova Pərvin Məhəbbət qızı 700 bal, 37 nəfəri 600-dən çox ,71 nəfəri isə 500-dən çox bal toplamışlar. Bu isə ötən ilə nisbətən çox gözəl nəticədir. Bu məzunlardan 15 nəfəri ali hərbi məktəblərə yüksək balla qəbul olunmuşdur. 10 nəfəri isə Naxçıvanski adına hərbi liseyə daxil olmuşlar.
07 sentyabr 2017-cı il tarixdə Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsinin və 97 saylı Goranboy- Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisinin Deputatı cənab Ağalar Vəliyevin təşkilatçılığı və maliyyə dəstəyi ilə 500-dən artıq bal toplayıb Ali məktəblərə qəbul olan məzunlar və onların valideynləri ilə Ağdam rayon ictimaiyyət nümayəndələrinin Quzanlı qəsəbə Mədəniyyət evində görüşünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirin sonunda cənab Ağalar Vəliyev tərəfindən 500-dən artıq bal toplayan 71 nəfər məzunun hər birinə 200 (iki yüz) manat, 600-dən artıq bal toplayan məzunların hər birinə 500 (beş yüz) manat və 700 bal toplayan məzuna 1000 (bir min) manat pul mükafatı verilmişdir.
Bundan başqa Ali məktəblərə qəbul olunmuş 5 nəfər imkansız tələbə valideyinləri ilə Rayon İcra Hakimiyyətinə dəvət edilmiş və onların hər birinə pul mükafatı verilmişdir.

Rayon İcra Hakimiyyətinin tabeliyində 40 uşaq bağçası, uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Həmin bağçalardan 4-ü; Yeni İmamqulubəyli qəsəbə, “Nur”, “Səma” və “Günəş” uşaq bağçaları 2017-ci ilin 01 sentyabrından fəaliyyətə başlamışlar.
Bağçalarda 2320 nəfər uşaq təlim-tərbiyə alır. 25 bağça (1550 uşaq) ərzaqla təmin olunur, qalan 15 bağçanın ərzaqla təmin olunması istiqamətində tədbirlər həyata keçirilir.

Rayonda fəaliyyət göstərən Musiqi Kollecində 5 ixtisas - fortepiano, musiqi nəzəriyyəsi, xor drijorluğu, xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə 399 tələbə təhsil alır.
Ağdam Dövlət Sosial İqtisadi Kollecində əyani şöbədə 820 nəfər, qiyabi şöbədə isə 49 nəfər tələb təhsil alır. Təlim-tərbiyə işinin yüksəldilməsi, tədrisin müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində xeyli işlər görülmüşdür.
Hər iki kollecin müəllim və şagird kollektivi rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə keçirilməsində fəal iştiraklarına görə onların əməyi Rayon İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilmiş və hər iki kollecin direktoru Fəxri-Fərmanla təltif edilmişdir.
Ağdam 2 və 4 saylı Peşə məktəbləri 2016-2017-cı tədris ilində Təhsil Nazirliyinin planına əsasən orta pillə kadrlarının hazırlanması işini müvəfəqiyyətlə davam etdirirlər.

2017-ci ilin 9 ayı ərzində rayonun Mədəniyyət və İncəsənət İşçiləri işlərinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini artırmış, rayonda keçirilən kütləvi tədbirlərin, anım günlərinin və bayram şənliklərinin keçirilməsi işini xeyli təkmilləşdirmiş, 8 mart Beynəlxalq qadınlar günü, Novruz bayramı münasibətlə musiqi kollektivlərinin rəngarəng çıxışları ictimaiyyətə təqdim olunmuş, “N” saylı hərbi hissələrə bayram sovqatı aparılmış, əsgər və zabitlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.
05 may 2017-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Rayon İcra Hakimiyyəti və ATV kanalının təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda respublikanın bir çox xalq və əməkdar artistlərinin iştirakı ilə geniş konsert proqramı keçirilmişdir. Tədbir 10 may 2017-ci il tarixdə ATV kanalında efirə yayımlanmışdır.
12 sentyabr 2017-ci il tarixdə rayonun Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə “Vətəni Müdafiyəyə daim hazırıq” mövzusunda forum keçirilmişdir. Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının, Milli Məclisin rəsmi nümayəndələri, həmçinin işğal olunmuş və cəbhəyanı 21 rayonun gəncləri iştirak etmişlər.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzinin qarşısındakı Meydanda respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənpərvərliyi və dövlətçiliyi tərənnüm edən geniş konsert proqramı verilmişdir.
Ağdam Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən il ərzində 4 yeni səhnə əsəri tamaşaya hazırlanmalıdır. Repertuar seçimində əsasən aktual mövzuları əks etdirən səhnə əsərlərinin hazırlanmasına üstünlük verilir, məktəbyaşlı tamaşaçılar üçün də uyğun əsərlər hazırlanması repertuar planında nəzərdə tutulur. Ağdam Dövlət Dram Teatrı Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltanla yaradıcılıq müqaviləsi bağlayaraq onun müəllifi olduğu “Kələkbazlar” əsərini hazırlayıb, 30 martda tamaşaçılara təqdim etmişdir. Bundan başqa Ağdam Dövlət Dram Teatrı “Sadığın toyu” tamaşasını hazırlayıb rayon ictimayyətinə təqdim etmiş və tamaşaçılar tərəfidən böyük rəğbət hissi ilə qarşılanmışdır.
Hal-hazırda isə iki yeni əsərin - Elçin Həsənbəylinin “İmperator” və A.Soltanın “Çobanın tütəyi” uşaq tamaşasının məşqləri aparılır. Hər iki tamaşanın qurluşçu rejissoru teatrın baş rejissoru Sərvər Əliyevdir.
Bununla yanaşı yaradıcı heyət rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə də yaxından iştirak edir.


Rayonun ərazisində əhalinin sağlamlığının qayğısına qalınması bu gün səhiyyə işçilərindən daha çevik və məsuliyyətlə işləməyi tələb edir.
MRX-nın əsas xidmət sahəsi olan stasionar xidmətdə nailiyyətlər əldə edilmiş, 9 ay ərzində MRX-sı üzrə 160185 nəfər ambulator qəbul olmuşdur.
2967 nəfər şəkərli diabetli xəstə, 200 nəfərdən artıq Qarabağ əlili, 80 nəfər Çernobl əlili dispanser qeydiyyatındadır.
Bu ilin 9 ayı ərzində 50 nəfər xroniki böyrək çatışmamazlığından əziyyət çəkən, 271 nəfər onkoloji xəstə qeydiyyata alınmışdır.
2017-ci ilin 9 ayında cərrahi şöbədə 453 iri əməliyyat aparılmışdır.
2017-ci ilin 9 ayı ərzində Doğum evinə 3463 müraciət olmuş, 448 doğuşdan 442 sağlam uşaq dünyaya gəlmiş, 6 ölü döl olmuşdur.
Bundan başqa 43 nəfər bronxial-astma, 91 nəfər hepatit, 9 nəfər hemofiliya, 43 nəfər tolasemiya xəstəsi və 271 nəfər vərəmlii xəstə Mərkəzi Rayon Xəstəxanasının qeydiyyatındadır.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15 fevral 2017-ci il tarixdən 15 may 2017-ci il tarixədək rayon əhalisinin icbari tibbi müayinəsi həyata keçirilmişdir. Rayonun 18 yaşdan yuxarı 48905 nəfər əhalisi tibbi müayinədən keçirilib. Onlardan 2185 nəfəri ambulator müalicəyə, 85 nəfəri stasionar müalicəyə, 46 nəfəri isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
30 sentyabr 2017-ci il tarixdə rayonun Uşaq Xəstəxanasında “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Psixi sağlamlığı qoruyaq” mövzusunda konfransı keçirilmişdir. Konfransda Ağdam, Bərdə, Tərtər rayonlarının məktəb psixoloqları, bağça müdirləri iştirak etmişlər. Konfransdan sonra ehtiyacı olan uşaqlar mütəxəssislər tərəfindən müayinə edilmiş onlara lazımi tövsiyyələr verilmişdir.
Uşaq əhalisinə göstərilən tibbi xidməti daha da yaxşılaşdırmaq məqsədi ilə gələcəkdə baş verə biləcək yoluxucu xəstəliklərin qarşısını almaq üçün Respublika İnnovasiya Mərkəzindən rayon Gigiyena və Epdiomologiya Mərkəzi vasitəsi ilə kifayət qədər peyvənd materialları və birdəfəlik şprislər gətirilərək yerli tibb məntəqələrinə paylanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi peyvənd planına uyğun olaraq 2017-ci ilin 9 ayı ərzində rayonun uşaq əhalisinin 95 faizinin peyvəndə cəlb edilməsi təmin olunmuşdur.

2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarının, müvafiq qanunların, dövlət proqramlarının tələblərini rəhbər tutaraq, gənclərlə aparılan işin həyata keçirilməsi üçün tədbirlər həyata keçirilmişdir.
Fevral ayının 2-də “Gənclər günü” münasibətilə Ağdam Musiqi Kollecində rayon rəhbərliyinin iştirakı ilə “Bayramınız Mübarək Əziz Gənclər” adlı təntənəli tədbir keçirilmiş, fevralın 25-də Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, onları “Xocalı həqiqətləri” haqqında maarifləndirərək bu həqiqətlərin Beynəlxalq aləmə yayılmasında üzərlərinə düşən vəzifələrin öyrədilməsi məqsədilə “Mən Xocalıyam, Mənə Ədalət!” adlı dəyirmi masa təşkil olunmuşdur.
Rayondaxili yarışlarla bərabər idmançılarımızın müxtəlif idman növləri üzrə Respublika əhəmiyyətli 12 birincilik və çempionatda, 10 açıq rayon (şəhər) və ya zona birinciliyində iştirakı idarə tərəfindən təmin olunmuşdur. Bu idman yarışlarının nəticələrinə görə 8 idmançımız birinci yeri, 7 idmançımız ikinci yeri, 19 idmançımız isə üçüncü yeri qazanmışdır.
6395 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatı təcrübəli ziyalılardan ibarət təbliğat qrupu vasitəsi ilə əhalinin, xüsusilə gənclərin ideya siyasi cəhətdən maariflənməsi, dövlətçilik strategiyasının inkişafı və möhkəmləndirilməsində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, Fərman və Sərəncamların, çıxış və nitqlərinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasına nail olmuş, 65 ilk təşkilatda hesabat seçki yığıncaqları keçirilmişdir.
2017-ci ilin 9 ayı ərzində Yeni Azərbaycan Partiyası sıralarına 147 nəfər üzv qəbul edilmişdir ki, onlardan da 77 nəfəri qadın, 98 nəfəri isə gənclərdir.
2017-ci ilin 9 ayı ərzində rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və uşaq bağçalarından 4000 nəfərdən çox uşaq və gənclərin Heydər Əliyev Mərkəzinə və Bayraq Muzeyinə ekskursiyaları təşkil edilmişdir.
Bundan başqa 26 iyun Silahlı Qüvvələr Günü rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin çoxsaylı zabit və əsgər heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmiş və vətənpərvərlik haqqında filmə baxmışlar.
Rayon ərazisində yad və zərərli dini təriqətlərlə məşğul olanlar yox dərəcəsindədir, dini durumun vəziyyəti sabitdir və bu istiqamətdə proflaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Rayonda aparılan tikinti - quruculuq, abadlıq işləri və keçirilən bütün mədəni-kütləvi tədbirlər vaxtaşırı “Ağdam” qəzetində işıqlandırılır.

2017-ci ilin 9 ayında rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, 62 cinayət hadisəsi qeydə alınmış, 5 cinayət bağlı qalmışdır. Cinayətlərin açılması 91.2 faiz təşkil etmişdir.
Rayonda kriminogen vəziyyət sabitdir.

2017-ci ilin 9 ayında rayonda gənclərin hərbi xidmətə yola salınması üçün Ölkə Başçısının Sərəncamları müvəfəqiyyətlə yerinə yetirilmişdir. Belə ki, 701 nəfər gənc hərbi xidmətə göndərilmiş, Silahlı Qüvvələrin Yardım Fonduna 73 min manat vəsait köçürülmüşdür.

2017-ci ilin 9 ayında rayonda bütün sahələrlə yanaşı Aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmışdır. 9 ayda 789.5 ton mineral Azot gübrəsi gətirilmiş bunun da 622 tonu güzəştli qiymətlə fiziki və hüquqi şəxslərə satılmışdır.
2017-ci ildə 9970 hektar taxıl sahəsindən 36196 ton məhsul istehsal olunub, məhsuldarlıq 37,0 sentner olmuşdur. O cümlədən 7465 hektardan 28856 ton buğda, 39,0 sentner, 2305 hektardan 7340 ton apra, 32,0 sentner məhsul götürülmüşdür.
Rayonda digər kənd təsərrüfatı bitkilərinin becərilməsinə də xüsusi fikir verilir.
Rayonun ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 3724 hektar sahədə tərəvəz, 348 hektar sahədə kartof , 1067 hektar sahədə təzə yonca, 1002 hektar sahədə şəkər çuğunduru aqrotexniki qaydada becərilmiş və yüksək məhsul əldə edilmişdir. Nəticədə 64288 ton tərəvəz, 5860 ton kartof, 13486 ton şəkər çuğunduru istehsal edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və Sərəncamlar bu sahədə görülən işlərdə məsuliyyəti daha da artırmış, yerli icra və Bələdiyyə orqanları, keçmiş qabaqcıl təsərrüfat işçiləri bu sahəyə cəlb edilmişdir. Pambıq əkini ilə məşğul olan şirkətlərlə əlaqəli iş qurularaq müşavirə və görüşlər keçirilmiş, təkliflər dinlənilmişdir. Nəticə etibarı ilə bu il rayonda 3005.0 hektar sahədə pambıq əkilmişdir. Pambığın yüksək aqrotexniki qaydada becərilmiş və yüksək məhsul yetişdirilmişdir. Hazırda pambıq yığımı davam etdirilir. Bu günə kimi -------- hektarda yığım aparılmış, ------- ton pambıq yığılmışdır.
Rayonda pambıqçılıqla yanaşı Baramaçılığın da inkişaf etdirilməsinə diqqət artırılmış və onun yem bazasının möhkəmləndirilməsi məqsədi ilə rayonda xeyli işlər görülmüşdür. Bu məqsədlə Çin Xalq Respublikasından 30 min tut tingi, 10 min ədəd isə yerli tut tingi gətirilərək nəzərdə tutulmuş sahələrdə əkilmiş və becərilir. 2017-ci ildə 300 qutu, 5700 qram barama qurdu götürülmüş, 13205 kiloqram barama istehsal olunaraq Şəki Barama Zavoduna verilmişdir. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə ərazilərdə mövcud çəkil bağlarının becərilməsinə diqqət artırılmışdır.
Başqa sahələrlə yanaşı cari ilin 9 ayında heyvandarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış və nəticə etibarı ilə xeyli irəlləyişə nail olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 40741 baş olmuşdur ki, bu da müvafiq dövrlə müqayisədə xeyli çoxdur. Ana malın baş sayı da xeyli artaraq 19069 başa, qoyunların baş sayı isə 104400 başa çatdırılmışdır.
Heyvandarlıq məhsullarının istehsalı sahəsində də artıma nail olunmuşdur.
Ət istehsalı 3131.1 ton, süd istehsalı 25547 ton, yumurta istehsalı 6489 min ədəd, yun istehsalı 157.1 ton olmuşdur.
Rayonda cins mal-qaranın inkişaf etdirilməsi, xüsusilə mütərəqqi üsul olan süni mayalandırmanın tətbiq edilməsi sahəsində əsaslı iş aparılır. Bu sahədə xüsusi kurs keçmiş mütəxəssislər çalışır. 2017-ci ilin 9 ayında 1670 baş inək, düyə süni mayalandırılmış və 596 baş sağlam bala alınmışdır.
2017-ci ilin 9 ayında rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında abadlıq quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ayrı-ayrı bələdiyyələr tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir.
Rayonun Xındırıstan, Üçoğlan, Alıbəyli, Quzanlı qəsəbə və Əhmədağalı Bələdiyyələrinin ərazisində kəndarası yolların təmiri və kəndlərin zibillikdən təmizlənməsi sahəsində xeyli işlər görülmüşdür.
Rayonun ərazisində kənd təsərrüfatı sahəsində görülən işlər təhlil olunmuş və sahibkarlığın inkişaf etdirilməsi işinə diqqət artırılmışdır.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş rayon İcra Hakimiyyəti Başçısı Aparatının fəaliyyətində mühüm yer tutur. Bu baxımdan rayonun sosial-iqtisadi, mədəni, ictimai-siyasi həyatının bütün sahələrində, xüsusilə vətəndaşlarla aparılan işin səmərəli, işgüzar təşkilində, ortaya çıxan problemlərin həllində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarının daha fəal iştirakının təmin edilməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
2017-ci ilin yanvar ayında rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Qrafik əsasında 53 inzibati ərazi dairəsi üzrə nümayəndəlıkdə 2016-cı ilin yekunları ılə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 7020 nəfər iştirak etmiş, 260 nəfər çıxış etmişdir. Çıxışlarda 205 təklif və tənqidi qeyd söylənilmişdir. Tənqidi qeyd və təkliflər ümumiləşdirilərək Başçıya, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələlər şöbəsinə verilmişdir.
Bir şəhər, bir qəsəbə, 33 kənd inzibati ərazi dairəsi üzrə rayon əhalisinin 2017-ci ilin yanvar ayında təsərrüfatbaşına qeydiyyatı yenidən dəqiqləşdirilmişdir. Kənd əhalisinin qeydiyyatı 451 ədəd təsərrüfatbaşına kitabda, şəhər nümayəndəliyi üzrə əhalinin daimi qeydiyyatı 99 ədəd, köçkün qəsəbələrində isə 73 ədəd Ev təsərrüfatı kitabında aparılmışdır.
01 oktyabr 2017- ci il tarixə rayonun 45277 ailə-təsərrüfat olmaqla 199275 nəfər əhalisi vardır. Ondan 10320 ailə, 41316 nəfəri yerli, 34957 ailə, 157959 nəfəri məcburi köçkündür. Köçkün sakinlərimiz ölkəmizin 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Hazırda köçkün əhalimizin 50000 nəfərə yaxını rayonun ərazisində müvəqqəti məskunlaşmışdır.
Qaçqın və məcburi köçkünlər ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, onların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinatın müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli, 1206 saylı Fərmanı olmuşdur. Fərmanın icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən təbliğat qrupu yaradılmışdır. Nazirlər Kabinetinin qərarı məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə təbliğat qrupları tərəfindən geniş təbliğ olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən 2003-2014-cu illərdə rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsində hazırda 5641 ev var. Həmin evlərdə 7041 məcburi köçkün ailəsi olmaqla 26885 nəfər yaşayır.
Qeydiyyat işləri müvafiq Qanunvericilik aktlarına uyğun olaraq sənədləşdirilmiş, rüb ərzində rayon Qeydiyyat şöbəsi və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən 929 doğum, 506 ölüm, 381 nigah qeydi aparılmışdır.
Başçının Aparatda keçirdiyi qəbullarda, yerlərdə keçirdiyi səyyar görüş-qəbullarda, rayon tədbirlərində nümayəndələrin iştirakı təmin edilmış, onlara verilmiş müvafiq tapşırıqların icrasına nəzarət artırılmışdır.
Müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün sakinlərimizlə daim əlaqə saxlanılmış, Başçı, müavinləri, Aparatın şöbə müdirləri tərəfindən Bakı, Sumqayıt şəhərlərində, Zakatala, Qax və Respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşmış köçkünlərimizlə görüşlər, qəbullar keçirilmiş, onların bir sıra problemlərinin həllinə köməklik göstərilmişdir.
Rayon İH-nin müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə iş üzrə nümayəndələri ilə mütəmadi əlaqə saxlanılmış, onlara lazımi köməklik göstərilmişdir.

Cari ilin 9 ayında rayonumuzda Respublikanın Mərkəzi icra orqanlarının rəhbərləri görüş-qəbullar keçirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov Ağdam, Ağcabədi, Bərdə, Xocavənd və Laçın rayonlarından olan, Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı Ağdam, Ağcabədi və Tərtər rayonundan olan, Dövlət Gömrük Komitəsinin Sədri Aydın Bəşirov Ağdam, Ağcabədi və Tərtər rayonundan olan vətəndaşları qəbul etmiş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.

2017-ci ilin 9 ayında Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatı vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, vətəndaşların qaldırdıqları problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsini daimi nəzarətdə saxlamışdır. Daxil olan müraciətlər təhlil edilmiş, müraciətlərin hərəkəti haqqında aydın təsəvvür yaradılmışdır.
2017-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 1128 müraciət daxil olmuşdur. Bu müraciətlərin 577-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 79-u Nazirlər Kabinetindən, 28-i Milli Məclisdən, 221-i Nazirlik, Komitə və Respublikanın digər təşkilatlarından, 223 müraciət isə bilavasitə rayon əhalisi tərəfindən daxil olmuşdur. Həmin dövrdə 152 müraciət nəzarətə götürülmüşdür ki, həmin müraciətlərə vaxtında və keyfiyyətlə baxılaraq əsas etibarı ilə müsbət həll edilmişdir.
2017-ci ilin 9 ayında daxil olan vətəndaş müraciətlərinin 2016-cı müvafiq dövrünə nisbətən 44 müraciət az olmuşdur.
2017-ci ilin ikinci rübündə daxil olan müraciətlər ev təmiri, məcburi köçkünlərin ev tələbi, məcburi köçkünlərin aylıq vahid müavinətlərinin dayandırılması, içməli və suvarma suyu üçün subartezian quyusunun qazılması, iş tələbi, maddi yardım və.s olmuşdur.
2017-ci ilin 9 ayında daxil olan müraciətlər ev təmiri, məcburi köçkünlərin ev tələbi, məcburi köçkünlərin aylıq vahid müavinətlərinin dayandırılması, içməli və suvarma suyu üçün subartezian quyusunun qazılması, iş tələbi, maddi yardım və.s olmuşdur.
2017-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti Başçısı və Aparatı tərəfindən 3167 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 464 nəfəri İcra Hakimiyyəti Aparatında, 2703 nəfəri isə səyyari qəbula aiddir. Daxil olmuş müraciətlər aidiyyati üzrə təhlil olunmuş, həlli istiqamətində lazımi tədbirlər görülmüşdür.

2017-ci ilin 9 ayında Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 21 iclası keçirilmiş, tədbirlər planına uyğun olaraq və müzakirəsi zəruri olan məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan hər bir məsələ haqqında geniş və müfəssəl arayışlar hazırlanmış, çıxışlar dinlənilmiş və Şura məsələlər barədə öz tövsiyyə və qərarlarını vermişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi, ehtiyyat kadr bazasının yaradılması işi təlimata uyğun aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının müvafiq məktubuna və təlimatlara əsasən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı işlər aparılmış, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan dövlət qulluqçuları qiymətləndirilərək Azərbaycan Dövlət İmtahan Mərkəzinə göndərilmişdir.


Rayonun sosial-iqtisadi inkişafı sahəsində ilin sonuna qədər görüləsi işlərimiz çoxdur. Muğam Mərkəzinin, Xalçaçılıq Müəssisəsinin, Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin, Bənövşələr məktəbinin, 20 fərdi yaşayış evinin, Boks və Taekvando məktəblərinin, 29 min əhalinin yaşadığı 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini əhatə edən 25,3 km uzunluğunda Quzanlı-İmamqulubəyli- Orta Qərvənd-Xındırıstan avtomobil yolunun əsaslı təmirini başa çatdırmalı, Heydər Əliyev parkını yenidən qurmalıyıq.
Əhalimizin həyat şəraitinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində qarşımızda duran vacib məsələlərin həlli üçün lazımi tədbirlər görməli, 3005 hektar əkilmiş pambıq sahələrindən yüksək məhsul əldə etməliyik.
Digər sahələrdə də başladığımız və icrasını vacib saydığımız bütün məsələlərin həllini təmin etməliyik.
Daha sonra mərzuə ətrafənda rayon Təhsil şöbəsini müdiri Mətanət Misixanova, Vergilər Şöbəsinin direktoru Valeh Qasımov və Ağdam Yol İstismar İdarəsinin rəsi Faiq Əliyev məruzə ətrafında çıxışlar etmişlər.
Yekun nitq ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək qeyd etmişdir ki, 2017-ci il oktyabrın 09-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Cənab Prezident giriş nitqində bildirib ki, bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin olunub, habelə bu müddətdə iqtisadi göstəricilərimiz də çox müsbətdir.
“Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2.8 faiz artmışdır.
Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.
Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.
Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir.
Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik.”
Prezident qeyd edib ki, əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir: “Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır. İnfrastruktur layihələrimizin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Əlbəttə ki, bu günə qədər həyata keçirə bilmədiyimiz infrastruktur layihələrini növbəti illərdə də biz tam icra etməliyik.
Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.
Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir.
Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.”
Dövlət başçısı diqqətə çatdırıb ki, bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır.
“Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur. Hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.
Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir.
Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik.
Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.
Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.
Digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir.
Digər vacib olan sahələrdə də yaxşı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir.
Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Ey



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024