Mobil versiya
Ailəli olan Tərtər sakini qız qaçırdı - Video
Tarix: 18-10-2017, 10:36 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet | çapa göndər

Ailəli olan Tərtər sakini qız qaçırdı - Video


Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla-Vahid Qasımlı ilə ailə qurub.

aia.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Çünki həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.
Şahnaz deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkməli olub. Bu isə qayınanasının narazılığına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.

Gənc gəlinin dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdıgını da bilib, amma bunu qabartmayıb.
Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.
Qarşı tərəfin mövqeyini də öyrənmək istədik, amma Vahid Qasımlını kənddə tapa bilmədik. Kənd sakiləri bildirdilər ki, o, Bakıya köçüb. Vahidin mobil telefonuna da zəng çatmır.

aia.az



5409 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930