Mobil versiya
Bakıda şirkət rəhbəri özünü asıb - Bir gündə 3 intihar
Tarix: 17-10-2017, 11:13 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

Bakıda şirkət rəhbəri özünü asıb - Bir gündə 3 intihar


Bakıda qadın intihar edib.

aia.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon A.Şərifzadə küçəsi 185 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Abutalıbova Rəhimə Məmmədbağır qızı özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub. Onun ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Oxşar hadisə Xəzər rayon Buzovna qəsəbəsində də baş verib. 1965-ci il təvəllüdlü Şıxəliyeva Arifə Əlabbas qızı özünü yaşadığı evdə asıb. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər hadisə Səbail rayonunda baş verib. Belə ki, rayonun Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib.

Bildirilir ki, İ.Əliyeva həm də Bakıdakı universitetlərdən birində çalışırmış. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil. Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

aia.az



5304 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031