Mobil versiya
Leyla və Arif Yunuslar Azərbaycan vətəndaşlığından çıxarıla bilər?
Tarix: 17-10-2017 | Saat: 10:09
Bölmə:Gündəm / Manşet | çapa göndər

Leyla və Arif Yunuslar Azərbaycan vətəndaşlığından çıxarıla bilər?



Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və yoldaşı Arif Yunus azadlığa çıxdıqdan sonra səhhətlərində yaranan problemlərlə (?) bağlı ölkədən kənarda müalicə almaq istədilər. Müxtəlif instansiyalardan rədd cavabı aldıqdan sonra Ali Məhkəməyə müraciət edən cütlük istəyinə nail oldu və onlar Hollandiyaya yolandılar.
Ölkədən kənara çıxan kimi Yunusların antiAzərbaycan təbliğat maşını işə düşdü. Bu qəbildən olan çıxışlarını Leyla Yunus 8-10 oktyabrda Çexiyada keçirilən "Forum 2000"də davam etdirdi. O, Qərb dövlətlərinə müraciət edərək, Azərbaycana qarşı "Suriya praktikası" tətbiq etməyə çağırdı.
Ölkə əleyhinə xaricdə bu cür antitəbliğat aparan birinin Azərbaycan vətəndaşlığında qalmasına lüzum varmı?

Modern.az-ın bu qəbildən olan sualını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə cavablandırıb. O deyib ki, qanunvericilikdə bu cür davranışlara görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulmayıb:

“Leyla Yunus və onun kimilərin hansı dövlətlərə və hansı məqsədlərə qulluq etdiyi hamıya bəllidir. Mən hesab edirəm ki, insanların bu cür fikirlərinə görə vətəndaşlıqdan məhrum etsək, bu, Azərbaycanı sevməyənlərə yeni bəhanə olar və bizə qarşı ittihamlar səsləndirə bilərlər. Leyla Yunus kimi əks qütbdə olub dövlətə, millətə qarşı çalışan QHT-lərə nisbətdə daha çox həqiqətləri yayan Qeyri-Hökumət Təşkilatları ilə işləməyə üstünlük verilməlidir.
QHT-lərə Dövlət Dəstəyi Şurası da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən QHT-ləri daha çox dəstəkləməlidir. Şuranın sədri Azay Quliyev həmişə Azərbaycan dövlətinin naminə hər şey etməyə hazır olan millət vəkillərimizdəndir”.

Ç.Qənizadə bildirib ki, Leyla Yunus kimiləri susdurmaq üçün daha çox çalışmaq lazımdır:

“Mən xatırlayıram ki, biz bir qrup QHT nümayəndəsi Avropa Şurasında Yaqlanddan tutmuş hər kəslə görüşürdük. Amma əks tərəf də gedirdi. Bəzən də biz onlardan sonra görüşlərə girirdik. Biz onların siyahıları üzərində öz münasibətlərimizi bildirirdik. Onları inandıra bilirdik ki, siyahıda adı olanların əksəriyyətinin siyasi proseslərə, ictimai məsələlərə heç bir aidiyyatı yoxdur. Sadəcə onların içərisində həqiqətən cinayət törədənlər var. Hətta mən xatırlayıram ki, onların içərisində narkomanlar vardı. Biz onu sübut edəndə adını siyahıya təqdim etmiş şəxs özü etiraf etdi ki, bu ad-soyadı küçədə tanıdığı bir adam verib, onun sözləri əsasında bu siyahını hazırlayıblar. Məlum oldu ki, şəxs Yevlaxda narkotik vasitələrin satışı ilə məşğul olub. Bu cür adamların arqumentlərinə qarşı arqument ortaya qoya bilən qeyri-hökumət təşkilatlarının xaricdə işlək bir mexanizmə çevrilməsini təmin etmək lazımdır.
Leyla Yunus və onun kimilər nə istəyirlər desinlər. Erməni dəyirmanına su tökən biri kimi nə demələrindən asılı olmayaraq, bir çox ölkələrin səfirlikləri kimlərisə maliyyələşdirir. Belə şeylər var və olacaq. Amma onlara arqument verməmək üçün daha çox işləmək lazımdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə