Mobil versiya
"Onlarla oyunlarımız həmişə çətin keçib" - Mahir Mədətov
Tarix: 14-10-2017 | Saat: 17:15
Bölmə:İdman | çapa göndər

"Onlarla oyunlarımız həmişə çətin keçib" - Mahir Mədətov


“Qarabağ”ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqanın 8-ci turunda “İnter” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərə müsahibə verib. Gənc futbolçu Qol.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Çətin qələbə qazandınız. Bunu nə ilə əlaqələndirərdin?

-“İnter” asan rəqib deyil. Onlarla oyunlarımız həmişə çətin keçib. Bu dəfə belə oldu. Yaxşı ki, oyunun sonlarında 2 qol vura bildik. Şükürlər olsun ki, qələbə qazandıq.

- “İnter”də ehtiyat oyunçular skamyası geniş deyil. Bu mənada qolların ikinci hissədə vurulacağını gözləyirdiniz?

- Yox. Elə bir şey gözləmirdik. Çalışıb ilk dəqiqələrdə qol vurmaq istəyirdik.

- Bəs erkən qol vurmaq üçün nə çatmadı?

- Topla daha çox oynayırdıq ki, rəqibi yoraq. Amma “İnter” yaxşı müdafiə olunurdu. Ona görə ilk hissədə qol vura bilmədik.

- Əsas oyunçular “İnter”ə qarşı oynamadılar. Bədavi də ehtiyatda idi. Hətta onun mövqeyində Qara Qarayev çıxış etdi. Bu, “Atletiko” ilə qarşıdakı oyuna görə idi, yoxsa yorğunluğa?

- Mən bu barədə heç nə deyə bilmərəm. Çünki baş məşqçinin qərarı idi.

- Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə fikirləşirsən?

- Yaxşı nəticəyə ümid eləmək olar. İlk dəfədir bu turnirdə çıxış edirik. Fikirləşirəm ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik.

- Səncə, qələbə real görünür?

- Düzdür, “Atletiko” güclü komandadır. Amma doğma meydanda hər şey real görünür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024