Mobil versiya
Zakir Həsənov əmr verdi: raket atıldı - FOTO
Tarix: 14-10-2017 | Saat: 17:08
Bölmə:Gündəm | çapa göndər

Zakir Həsənov əmr verdi: raket atıldı - FOTO


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024