Mobil versiya
Sumqayıtda müəllim məktəb direktorunu məhkəməyə verdi: səbəbi isə...
Tarix: 12-10-2017 | Saat: 17:46
Bölmə:Təhsil / Karusel | çapa göndər

Sumqayıtda müəllim məktəb direktorunu məhkəməyə verdi: səbəbi isə...




"Anam Sevda Muradova 15.09.2007-ci il tarixindən 24.11.2015 -ci il tarixinə kimi Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada tərbiyəçi-müəllim vəzifəsində çalışıb. 2015-ci iln noyabr ayında iş vaxtı anamın vəziyyəti kəskin ağırlaşıb və anamı evə gətiriblər. Bir müddət sonra məlum oldu ki, məktəbin direktoru həmin vaxt təcili məktəbə gəlib və o, Təcili Tibbi Yardım stansiyasının əməkdaşları ilə danışıb, anam evə göndərilib. TTY-nin diaqnoz sənədi anam özündə olmadığına görə əlindən alınıb."

Bu sözlər Sumqayıt sakini Rüfət Babayevin Xeberle.com-a ünvanladığı şikayət məktubunda qeyd olunub. R. Babayev həmçinin bildirib ki, anası S. Muradovaya əlillik dərəcəsinin təyin olunmasıyla bağlı müvafiq qurumların təqdim etdiyi sənədə Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktoru Ayət Kərimova tərəfindən imza atılmalıdır. R. Babayev iddia edir ki, məktəbin direktoru bu sənədə imza atmaqdan imtina edib: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına METTPİ Peşə Xəstəlikləri Klinikasının təqdim etdiyi xəstəlik tarixindən çıxarış (Epikriz) sənədi, həmçinin digər sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyası 10.10.2016-cı il tarixində Muradova Sevda Heybət qızına nevrozabənzər vəziyyət (ətraflı sənəddə) diaqnozu ilə birinci dərəcə əlillik, peşə xəstəliyi və əmək qabiliyyətinin 100% itirilməsi, daim kənar şəxsin qulluğuna ehtiyacı olması barədə sənədi sorğu əsasında təqdim edib. TSEK-in verdiyi 2 sənədin birini DSMF-ə təqdim etdim. Peşə xəstəliyi olması ilə bağlı, digər sənədi iş yerinə, qeyd etdiyim məktəbə təqdim etmək üçün həmin məktəbin direktoru Ayət Kərimovanın qəbulunda olsam da, sənədi qəbul etmədi və kinayə ilə "Sənin ananın ayağı sürüşüb başı məktəbin pilləkəninin tininə dəyib xəstələnməyib ki, mən də bu sənədi qəbul edəm” deyərək anamın hüquqlarını və öz öhdəliklərini görməməzlikdən gəlib”.

Məktəb adını 3 dəfə dəyişdirdiyinə görə anamın pensiyası 9 ay gecikdi:

"Qeyd edim ki, Gimnaziyanın mühasibat şöbəsi həmin məktəbdə yerləşir. DSMF müxtəlif səbəblər əsasında anamın pensiyasını 9 ay gecikdirdi. Bildiyim qədər məktəb bu günədək 3 dəfə adını dəyişdirib. Bununla bağlı hesablarda yaranan problemlərə məni gimnaziyanın mühasibat şöbəsinə dəfələrlə müraciət etməyimə səbəb olub. Hər dəfə mühasibatla bağlı gimnaziyaya müraciət edəndə eyni zamanda TSEK-in təqdim etdiyi sənədlə bağlı həm mühasib Minarə xanıma, həm də Ayət xanıma xahişlə müraciət edirdim vəkobud cavabları ilə qarşılaşırdım. Qərara gəldim ki, Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edim."

R. Babayev onu da vurğulayıb ki, bu zaman çərçivəsində anası səhhətində yaranan problemlərə görə direktora dəfələrlə müraciət etsə də nəticəsiz qalıb: "Nəticə olaraq direktor Ayət Kərimovanın, mühasib Minarə xanımın öhdəliklərini vaxtında yerinə yetirməmələri bizə mənəvi və maddi olaraq zərbə vurub. Mən işləmirəm, çünki zamanımı anama həsr edirəm”.

Məktəb direktoru: "Mənə heç vaxt müraciət olunmayıb"

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru Ayət Kərimova ilə əlaqə saxladıq. A.Kərimova bildirdi ki, onun heç bir sənəddən xəbəri yoxdur: " Məhkəmədən bildiriş gələnə qədər mənim heç nədən xəbərim olmayıb. Həmin şəxs tərəfindən mənə heç vaxt müraciət olunmayıb və sənəd təqdim edilməyib”.

Hüquqşünas: "Vəzifəli şəxsin borcudur ki, ona təqdim edilən sənədi imzalasın”

Məsələnin hüquqi tərəflərini öyrənmək üçün hüquqşünas Ramil Süleymanlıya müraciət etdik. R. Süleymanlı bildirdi ki, xanıma Tibbi Sosial Ekspert Komissiyası yazılı şəkildə rəy veribsə, direktorun həmin sənədi imzalamamaq ixtiyarı yoxdur: "Peşə xəstəliyini qazanan müəlliməyə direktor öz cibindən pul ödəmir, dövlət həmin şəxsin qeydinə qalır. Əgər həmin xanıma TSEK yazılı şəkildə rəy veribsə, vəzifəli şəxsin borcudur ki, ona təqdim edilən sənədi imzalasın”.
Ümid edirik ki, tezliklə kimin haqlı tərəf olduğu aydınlaşar və həqiqət öz yerini tapar.

Elnarə Salamova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024