Mobil versiya
Prezident: "Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir"
Tarix: 29-10-2015 | Saat: 15:24
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Prezident: "Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir"
“Neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik"

“Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”.

APA-nın məlumatına görə, bunu Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında Azərbaycan prezidenti İlham Əliyevdeyib.

Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesinin 10 faizdən çox artdığını deyən dövlət başçısı qeyd edib ki, ÜDM təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb: “Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024