Mobil versiya
Çingiz Qənizadə ilə Hacı Qalibin məhkəmə işindən xəbər var
Tarix: 11-10-2017 | Saat: 18:54
Bölmə:Siyasət | çapa göndər

Çingiz Qənizadə ilə Hacı Qalibin məhkəmə işindən xəbər var


Millət vəkili Çingiz Qənizadə xüsusi ittiham qaydasında şeyxin qudası hacı Qalib Salahzadəni məhkəməyə vermişdi.

Ç.Qənizadənin məhkəməyə müraciət etməsinin səbəbi ikincinin onu nüfuzdan salmaq məqsədilə böhtan atması olub.

Hacı Qalib Salahzadənin dediklərinin ciddi olmadığına və söylədiklərini tez-tez təkzib etdiyinə mətbuat da həmişə şahidlik edib.

Məsələn, sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilmiş Əlihüseyn Salahzadə adında oğlu olmadığını deyən Qalib Salahzadə yalnız bir oğlu olduğunu – onun da Şeyxin kürəkəni olduğunu və həbs edilmədiyini bildirsə də, 3 gün sonra Əlihüseyn Salahzadənin də onun ayrı arvaddan olduğu oğlu üzə çıxdı. Və Qalib Salahzadə Əlihüseyn Salahzadənin atası olduğunu etiraf etməyə məcbur oldu.

Və yaxud şeyxülislam Allahşükür Paşazadənin varisi kimi oğlunu göstərsə də, iki gün sonra "şeyxin oğlu iki rükət namaz qıla bilmir, ondan varis olar?” deyərək, özünü və QMİ sədrini pis vəziyyətdə qoydu.

Həmin ərəfədə hacı Qalib qudası Allahşükür Paşazadənin oğlu Məhəmmədin ölkəni tərk edib ailəsi ilə Türkiyəyə köçdüyünü israrla bildirsə də, bunun da həqiqət olmadığı şeyxin bəyanatından sonra üzə çıxdı.

Bu cür açıqlamaları uzatmaq da olar.

Millət vəkili Çingiz Qənizadə haqqında səsləndirdiyi ittihamlarla bağlı 06.10.2017-ci il tarixinə təyin olunmuş məhkəməyə gəlməkdən boyun qaçıran Qalib Salahzadə növbəti prosesə məcburi gətiriləcəyi barədə vəsatət veriləcəyini biləndən 2 saat sonra deputat barədə dediklərinə mətbuat vasitəsi ilə aydınıq gətirdi.

"Mən mətbuat vasitəsilə deputat Çingiz Qənizadəyə demişəm ki, onun keçmişi qaranlıqdır. Mən bu sözü Çingiz Qənizadə o vaxt bir neçə partiyaya üzv olduğuna görə demişəm. Mən bunu nəzərdə tutub danışmışam”.

Həmçinin, Qalib Salahzadə qeyd edib ki, Çingiz Qənizadənin Bakı şəhər prokuroru olduğu dövrdə onun qohumlarını həbs etdirdiyini xatırladaraq, "seçiciləri bunu bilsəydilər ona səs verməzdilər” söyləyib.

Qalib Salahzadə sonda bildirir: "Yenə deyirəm ki, "keçmişi qaranlıqdır” sözünü ona görə işlətmişəm ki, Çingiz Qənizadə müxtəlif partiyaların üzvü olub. Başqa heç nəyi nəzərdə tutmamışam!”.

Beləcə bu açıqlaması ilə Qalib Salahzadə bir daha öz imicini zədələmiş oldu.

Cəmiyyətdə tanınan və hörmət edilən, hüquq üzrə fəlsəfə doktoru və nəhayət bir ay öncə prezident tərəfindən "Şöhrət” ordeni ilə təltif olunmuş millət vəkili Çingiz Qənizadənin belə ciddi fikirlər sahibi olmayan birisini məhkəməyə verməsinin səbəbini və bu açıqlamadan sonra mövqeyini öyrənmək üçün ona müraciət etdik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024