Mobil versiya
Həkimlər Las-Veqas terrorçusunun beynini açdılar
Tarix: 11-10-2017 | Saat: 18:04
Bölmə:Media | çapa göndər

Həkimlər Las-Veqas terrorçusunun beynini açdılar


Amerika həkimləri Las-Veqasda musiqi festivalında qətliam təşkil etmiş Stiven Peddokun beynini açıblar. Bu haqda "The New York Post" nəşri yazıb. Xəbərə görə, silahlının qardaşının sözləri həkimlərdə maraq oyadıb. O qardaşının başında şiş olduğunu deyib. Lakin həkimlər heç nə aşkar etməyiblər.

Qeyd edək ki, oktyabrın 1-də Stiven Peddok Las-Veqasda musiqi festivalının tamaşaçılarına atəş açıb. Nəticədə 59 insan həlak olub, 500-dən çoxu yaralanıb. İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürsə də, Federal Təhqiqatlar Bürosu (FTB) bunu təkzib edib. FTB silahlının İŞİD-lə əlaqəsini göstərən heç bir faktın tapılmadığını bildirib. Polis hesab edir ki, kütləvi güllələnmənin səbəbinin heç vaxt müəyyən edilməyə bilər. Publika.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024