Mobil versiya
MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı
Tarix: 11-10-2017 | Saat: 17:58
Bölmə:Siyasət / Manşet | çapa göndər

MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı


Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

aia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda 2018-ci il üçün MDB-yə sədrliyin Tacikistan Respublikasına keçməsi barədə qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.

Geniş tərkibdə görüşdə isə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon və MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib.

Sonda MDB liderləri tərəfindən 18 sənəd imzalanıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024