Mobil versiya
Bayraqla gerbi təhqir edənlərə yeni cəza tətbiq olunacaq
Tarix: 11-10-2017 | Saat: 17:37
Bölmə:Gündəm / Manşet | çapa göndər

Bayraqla gerbi təhqir edənlərə yeni cəza tətbiq olunacaq


Azərbaycan Respublikasının dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslərə yeni cəza veriləcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsinə dəyişiklik təklif edilir.

Belə ki, dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024