Mobil versiya
Həbsdəki müstəntiqin atası: “Rüfət bu yaxınlarda ata olacaq”
Tarix: 11-10-2017 | Saat: 17:03
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Həbsdəki müstəntiqin atası: “Rüfət bu yaxınlarda ata olacaq”


Hazırda həbsdə olan sabiq müstəntiq Rüfət Səfərovun doğum günüdür. Onun 36 yaşı tamam olur.

Rüfət Səfərovun atası Eldar Sabiroğlu Modern.az-a açıqlamasında oğlunu özəl günündə tək qoymadıqlarını deyib.

“Bu gün Rüfətin doğum günüdür. Təəssüf ki, o ikinci doğum gününü də həbsdə keçirir. Mən bu gün gedə bilmədim, ancaq anası və yoldaşı gedib təbrik etdilər. Çünki bir qrup ziyalı Rüfətin ad gününü keçirmək üçün bir yerə toplaşmışdı. Mən də onların arasında idim”.
Eldar Sabiroğlu oğluna olan arzularını da dilə gətirib.
“Bir atanın övladına ən gözəl arzusu onu xoşbəxt görə bilməsidir. Rüfətə ancaq xoşbəxtlik və azadlıq arzu edirəm. Ona hədiyyə almadıq. Allah köməyi olsun. Rüfət bu yaxınlarda ata olacaq. Allah yolunu açıq etsin”.

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024