Mobil versiya
Ötən gün 6 qəza olub - 3 ölü, 12 yaralı
Tarix: 07-10-2017 | Saat: 18:02
Bölmə:Cəmiyyət | çapa göndər

Ötən gün 6 qəza olub - 3 ölü, 12 yaralı


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 100 cinayət faktından 14-nün üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024