Mobil versiya
Azərbaycan qadınlarının kişilərə yanaşma tərzi - SOSİAL PROBLEM
Tarix: 7-10-2017, 16:37 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Manşet | çapa göndər

Azərbaycan qadınlarının kişilərə yanaşma tərzi - SOSİAL PROBLEM



İstənilən sahədə inkişaf etmək üçün müqayisəyə ehtiyac var. Məsələn, filankəs bunu bacarırsa, mən də bacara bilərəm. Bu, əslində bir növ rəqabətdir. İstər təhsil, iqtisadiyyat, istərsə də digər sahələrdə inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə almaq lazımdır. Təbii, bu, sosial münasibətlərə, ailə modelinə və ya bu kimi məişət məsələlərinə də aiddir. Bu baxımdan Avropa ilə Azərbaycandakı kişi və qadın münasibətlərinin tamamilə fərqləndiyini bilirik. Hətta bəzən insanlar Avropasayağı cəmiyyətin, münasibətlərin arzusunda da olurlar.
Adətən Avropada qadınlar hakim kəsiləndən sonra özlərini təslim etsə də, bizdə təslim olub daha sonra hakim kəsilmək istəyirlər. Hər halda əksəriyyət, ailə qurandan sonra kişiyə nəzarət etməyə çalışan qadınları müşahidə edib.
Maraqlıdır, Azərbaycan qadınları nə üçün münasibətin başlanğıcında deyil, sonrasında hökm etməyə çalışır? Ümumiyyətlə Azərbaycan qadınlarının kişilərə yanaşma tərzi necədir?

Məsələ ilə bağlı sosioloq Cavid İmamoğlu Modern.az-a bildirib ki, hər şeyin kökündə sosial bacarıqlar dayanır:

“Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin kişi və qadın münasibətlər sistemində ən böyük problem insanların bir-birilərinə zaman ayırmamasıdır. Yəni münasibətlər adətən kişilər və ya qadınlar tərəfindən bir-birini dinləməmək üzərində qurulur. İnsanlar bir-birini dinləmirsə, zaman ayırmırsa, qarşı tərəfə xüsusi diqqət yetirmirsə, o zaman onlar ailə həyatı qurandan sonra artıq bir-birilərinə diqtə etmək məcburiyyətində olurlar. Çünki ailə həyatı qurmamışdan qabaq qarşılıqlı söhbət edib, bir-birilərinin kaprizlərini, istəklərini, olar-olmazlarını, dəyərlərini tam olaraq başa düşmədikləri üçün ailə qurandan sonra artıq bunu danışmağa vaxt olmur və diqtə etmək yolunu tuturlar”.

Sosioloq qeyd edib ki, orta statistik Azərbaycan qadın və kişiləri bu cür münasibətlərdən əziyyət çəkir:

“İstər Azərbaycan kişisi, istər Azərbaycan qadını problemə, dinləməyə açıq deyil. İnsanı olduğu kimi qəbul edə bilmirlər. Azərbaycanda insanlar qarşı tərəfi öz istədiyi formaya salmağa çalışırlar. Kişilər bunu diqtə etməklə, qadınlar isə başqa formada, məsələn qısqanclıqla reallaşdırır. Bu, ümumiyyətlə sosial problemdir. Bəs bu bacarıqlar harada formalaşmalıdır?.
Təbii, məktəbdə, ailədə, cəmiyyətdə, sosial münasibətlər sistemində formalaşmalıdır. Sosial bacarıqları olmayan insanlar uğurlu ailə başçısı, dost, valideyn ola bilmirlər. Sosial bacarıqların əsasını da ünsiyyət təşkil edir. Yəni adekvat ünsiyyətə girmək bacarığı. Təbii ki, bunları hər kəsə şamil etmək olmaz. Ümumilikdə orta statistik Azərbaycan qadın və kişiləri bundan əziyyət çəkirlər”.
C.İmamoğlu qadınların kişilərə yanaşma tərzindən də söz açıb:

“Bizdə ideallar və hərəkətlər başqadır. Bilirsiniz, Azərbaycanda vəfalı qadın anlayışı var. Bir qadın kişinin ona etdiyi hər şeyə dözür. Amma əksini, yəni vəfalı kişi obrazını görməmişik. Azərbaycanda bu məsələlər birtərəflidir.
Buna baxmayaraq hər kəs eyni cür qalmır. Kimlərsə öz üzərində işləyir, müəyyən kefiyyətlər, bacarıqlar əldə edirlər. Amma kimlərsə bu formada sona qədər qalırlar və qeyri-sosial vasitələrdən istifadə etməklə ailə münasibətlərini tənzimləməyə çalışırlar. Məsələn, elə kişilərə nəzarət etmək kimi faktlar buna nümunədir”.


aia.az



5265 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}