Mobil versiya
Prezidentlər danışıqları bərpa etməyə hazırdırlar - Bəyanat
Tarix: 07-10-2017 | Saat: 16:22
Bölmə:Siyasət / Manşet | çapa göndər

Prezidentlər danışıqları bərpa etməyə hazırdırlar - Bəyanat


ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan yeni həmsədr Endrü Şofer regiona səfərinin yükunlarına dair bəyanat yayıblar.

aia.az-ın məlumatına görə, bəyanatda deyilir ki, həmsədrlər oktyabrın 6-da İrəvanda prezident Serj Sarkisyan, 7-də isə Bakıda prezident İlham Əliyevlə görüşlər keçiriblər:

Qeyd olunub ki, hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər: "Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər”, - vasitəçilərin bəyanatında deyilir.

Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024