Mobil versiya
Milli Məclis yanında Toponomiya Komissiyası gələn həftə toplanır
Tarix: 06-10-2017 | Saat: 12:43
Bölmə:Siyasət | çapa göndər

Milli Məclis yanında Toponomiya Komissiyası gələn həftə toplanır



"Toponomiya komissiyasının iclasları yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirilir. Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin, təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır”.
Bunu Milli Məclis yanında Toponomiya Komissiyasının sədri İsa Həbibbəyli Modern.az-aaçıqlamasınada deyib.
O, bildirib ki, Toponomiya Komissiyası yalnız yerli təşəbbüslə məktublar daxil olduqda toplanır.

"Görünür ki, hələ bununla bağlı elə bir ehtiyac yoxdur. Ona görə də komissiyanın iclasları keçirilmir.Yer adlarının tez-tez dəyişdirilməsi heç də müsbət hal deyil. Yer adlarında xalqın keçmişi, tarixi ilə bağlı müəyyən məsələlər var. Amma hələ ki, komissiyaya bu barədə təkliflər göndərilməyib”.
İ.Həbibbəyli gələn həftə parlamentdə Toponomiya Komissiyasının iclasının keçiriləcəyini deyib.
"Gələn həftə komissiyanın iclası olacaq. Komissiya üzvlərinin bir araya toplanmasına səbəb hər hansı bir müraciətə baxılması deyil. Gələn həftə "Azərbaycan toponomiyasının aktual problemləri və qarşıda duran vəzifələr” mövzusunda parlamentdə iclas keçiriləcək. İclasda komissiya üzvləri ilə yanaşı tanınmış alimlər də iştirak edəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024