Mobil versiya
"Məqsəd çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir"
Tarix: 06-10-2017 | Saat: 12:15
Bölmə:Təhsil / Manşet | çapa göndər

"Məqsəd çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir"



2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət ili” elan edilməsində məqsəd təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir.

Bunu Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə Bakıda keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil ("Education 2017”) sərgisinin açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, "İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə nazirlik tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur.

Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

Qeyd edək ki, 6-8 oktyabr tarixlərində keçirilən sərgidə dünyanın 24 ölkəsindən 144 nümayəndə iştirak edir.
Sərginin "Xaricdə təhsil" sektorun çərçivəsində ABŞ, BƏƏ, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər. Sərgidə Polşa ("Ready study go! Poland”) və Litva ("Study in Lithuania”) milli qrupları da iştirak edir. Yerli "CELT Colleges” şirkəti sərgidə xaricdə təhsil proqramı ilə çıxış edəcək. Məktəbəqədər sektorunda Beynəlxalq Sabis Sun Məktəbi iştirak edir. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən və ali təhsil və sosial interqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024