Mobil versiya
Bərdə rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Günü təntənə ilə qeyd edilmişdir.
Tarix: 06-10-2017 | Saat: 11:49
Bölmə:Təhsil | çapa göndər

Bərdə rayonunda 5 oktyabr - Beynəlxalq Müəllim Günü təntənə ilə qeyd edilmişdir.




Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər.
Şəhid Alı adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri müəllimləri şerlə təbrik etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun ümumtəhsil və musiqi məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin kollektivlərindən bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçilər iştirak etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək rayon müəllimlərini 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər H.Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətinin uğurlarından, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən coxsaylı layihələr barədə, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışmışdır.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, 8 nömrəlı tam orta məktəbin müəllimi müəllimi Sevinc Məmmədova, 4 nömrəli tam orta məktəbin müəllimi Əsədova Töhfə, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Gülnur Zamanova, Bərdə Peşə liseyinin direktor müavini Rafiq Alıyev, Bərdə Dövlət İdarəetmə və Texnologiyas kollecinin direktor əvəzi Xaləddin Ələkbərov, Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Respublikanın Əməkdar müəllimi adına layiq görülmüş Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Flora Əliyeva, inteqrasiya təmayüllü internat tipli gimnaziyanın ingilis dili müəllimi Şəhla Ələsgərova çıxış etmiş, müəllim əməyinə verilən qiymətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Sonda rayonun qabaqcıl müəllimlərindən bir qrupuna rayon İcra Hakimiyyətinin, YAP Bərdə rayon təşkilatının və rayon Təhsil şöbəsinin Fəxri-fərman və hədiyyələri təqdim edilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024